Icma.az
close
up
RU
Alimlər suyun ən böyük sirlərindən birini açdı

Alimlər suyun ən böyük sirlərindən birini açdı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm Universitetinin tədqiqatçıları qabaqcıl texnologiyalardan istifadə edərək suyun uzun müddətdir ehtimal edilən, lakin birbaşa müşahidə olunmayan xüsusiyyətini aşkar ediblər.
Demokrat.az
"Scitechdaily" portalına istinadən xəbər ki, alimlər “kritik nöqtə” adlanan vəziyyəti qeydə alıblar. Bu hal təxminən −63 °C temperaturda və 1000 atmosferə yaxın yüksək təzyiqdə yaranır. Tədqiqatçılar bu gizli vəziyyətin suyun digər mayelərdən fərqli davranışını izah etdiyini bildirirlər.
Su niyə fizika qanunlarını “pozur”?
Digər maddələrdən fərqli olaraq su bir sıra anomaliyalar göstərir. Adətən maddələr soyuduqca daha sıx olur, lakin su +4 °C-də maksimum sıxlığa çatır və bundan sonra genişlənməyə başlayır. Buna görə buz batmır, suyun üzərində qalır.
Daha da aşağı temperaturda, hətta donmadan əvvəl belə bu genişlənmə davam edir. Eyni zamanda istilik tutumu, özlülük və sıxılma qabiliyyəti kimi xüsusiyyətlər də qeyri-adi davranış göstərir.
Kəşf necə edilib?
Alimlər bu hadisələri araşdırmaq üçün ultrayüksək sürətli rentgen impulslarından istifadə ediblər. Bu metod su donmadan əvvəl onun davranışını müşahidə etməyə imkan verib və müxtəlif maye vəziyyətlər arasında keçidi qeydə almağa şərait yaradıb.
Professor Anders Nilsso-nun sözlərinə görə, bu kritik nöqtənin mövcudluğu barədə uzun illər fərziyyələr olsa da, yalnız indi birbaşa sübutlar əldə edilib.
Suyun iki forması və “kritik keçid”
Tədqiqat göstərib ki, su aşağı temperatur və yüksək təzyiq şəraitində iki fərqli maye formada mövcud ola bilər. Bu formalar molekulların quruluşu və əlaqə xarakterinə görə fərqlənir.
Şərait dəyişdikcə bu iki forma birləşir və kritik nöqtə adlanan vəziyyət yaranır. Bu zonada su son dərəcə qeyri-sabit olur və daima bir vəziyyətdən digərinə “keçid edir”. Alimlər hesab edirlər ki, məhz bu proses suyun anormal xüsusiyyətlərini izah edir.
“Qara dəlik” effekti
Tədqiqatçılar kritik nöqtəyə yaxınlaşdıqda su daxilində proseslərin kəskin şəkildə yavaşıdığını da müşahidə ediblər. Bu hal onlar tərəfindən “qara dəliyə” bənzədilib, çünki sistemdən “çıxmaq” getdikcə çətinləşir.
Elm üçün nə deməkdir?
Alimlər bu kəşfin suyun təbiəti ilə bağlı illərlə davam edən mübahisələrə son qoya biləcəyini düşünürlər.
Onların fikrincə, yeni model suyun xassələrini kritik nöqtə anlayışı ilə izah etməyə imkan verir. Növbəti mərhələdə isə bu kəşfin elmdə və həyatın yaranmasının anlaşılmasında hansı praktik nəticələr verə biləcəyi araşdırılacaq.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri