Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
...Alimlər Taylor Swift və onun musiqi albomlarının şərəfinə bitki yeyən həşəratların yeni cinsinə ad veriblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.
Yeni cins "Swiftiephylus" adlandırılıb.
Ora adları müğənniyə və onun albomlarına aid olan dörd növ daxil idi: "Swiftiephylus taylorae", "Swiftiephylus amator", "Swiftiephylus intrepidus" və "Swiftiephylus poetorum". Tədqiqatçı Sara Şröderin sözlərinə görə, həşəratlar qırmızı elementlərlə açıq sarı rəngdədir və Avstraliya kazuarinaları arasında özlərini kamuflyaj edə bilirlər.
Onların görünüşü alimə Sviftin məşhur obrazını - sarı saçları və qırmızı dodaqları xatırlatdı. "Swiftin uzun müddətli fanatı kimi mənim üçün bu, onu şərəfləndirmək və eyni zamanda hələ kəşf etmədiyimiz həşəratların müxtəlifliyinə diqqət çəkmək üçün təbii bir yol idi",
Bunu Şröder deyib.
Yeni həşərat nümunələri 1995-2004-cü illərdə toplanmışdır. Alimlər ümumilikdə 50 mindən çox nümunə əldə etmişlər, lakin onlar hesab edirlər ki, təxminən 30 milyon həşərat növü hələ təsvir olunmayıb.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:322
Bu xəbər 11 Sentyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















