Icma.az
close
up
RU
Alimlər uzunömürlülüyün sirrini açıqladı: Kimlər 100 ildən çox yaşaya bilər

Alimlər uzunömürlülüyün sirrini açıqladı: Kimlər 100 ildən çox yaşaya bilər

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzunömürlülüyün sirlərini hələ qədim filosoflar, həkimlər və alimlər tapmağa çalışıblar. Bu gün isə elmdə kifayət qədər məlumat var ki, insanın 100 və daha çox yaşaması ehtimalını artıran əsas amilləri müəyyənləşdirmək mümkün olsun.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gerontologiya və qocalma tibbi üzrə mütəxəssislər dünyanın müxtəlif ölkələrində uzunömürlülərin həyat tərzini araşdıraraq, əksəriyyətini birləşdirən beş əsas faktoru önə çıxarıblar.

Uzunömürlülüyün əsas əlamətləri

1. Sağlam ürək-damar sistemi
Harvard Tibb Məktəbinin araşdırmaları göstərib ki, normal qan təzyiqi, aşağı “pis” xolesterin səviyyəsi və ciddi ürək xəstəliklərinin olmaması uzun ömür ehtimalını xeyli artırır. Sağlam ürək və damarların sirri müntəzəm fiziki aktivlik, balanslı qidalanma və stressin idarə olunmasıdır.

2. Hətta qocalıqda belə aktiv həyat tərzi
Uzunömürlülər fiziki aktivliyi yalnız gənclik illəri ilə məhdudlaşdırmır. Onlar 80 yaşdan sonra belə piyada gəzirlər, bağda işləyirlər, ev işləri görürlər və ya idmanla məşğul olurlar. Elmi fakt: gündə 30 dəqiqə orta səviyyəli aktivlik vaxtından əvvəl ölüm riskini 30–40% azaldır.

3. Sosial fəallıq və güclü münasibətlər
Oksford psixoloqlarının araşdırmalarına görə, dostluq əlaqələrini qoruyan, ictimai tədbirlərdə iştirak edən və sosial həyatda aktiv olan insanlar daha uzun yaşayırlar. Bunun səbəbi sadədir: ünsiyyət stres hormonu kortizolun səviyyəsini azaldır və beynin fəaliyyətini stimullaşdırır.

4. Optimist dünyagörüşü və stressə davamlılıq
Müsbət düşüncə tərzi və çətin vəziyyətlərdən mənfi emosiyalara qapılmadan çıxmaq bacarığı uzunömürlülərin əsas xüsusiyyətlərindəndir. Alimlər sübut ediblər ki, optimistlər pessimistlərdən orta hesabla 10 il çox yaşayır.

5. Genetik faktor, amma bu həlledici deyil
Elm təsdiqləyir ki, irsiyyət uzunömürlülükdə əhəmiyyətli rol oynayır, lakin bu, cəmi 30%-ə qədər təsir göstərir. Qalanı isə insanın həyat tərzindən, qidalanmasından, psixoloji vəziyyətindən və yaşadığı mühitdən asılıdır.

Alimlər vurğulayırlar ki, uzunömürlülüyün açarı yalnız genetik mirasda deyil, gündəlik vərdişlərdə gizlənir. Sağlam həyat tərzi, aktivlik, sosial münasibətlər və pozitiv düşüncə insan ömrünü uzadan ən mühüm faktorlar hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Avqust 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri