Icma.az
close
up
RU
Kimlər daha çox xəyanətə meyillidir? Türk alimlər açıqladı

Kimlər daha çox xəyanətə meyillidir? Türk alimlər açıqladı

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstambul Koç Universitetinin alimləri müəyyən ediblər ki, gənclərdə partnyora xəyanət etmək istəyinin formalaşmasına ailə təcrübəsi, şəxsi bağlılıq tipi və mövcud münasibətlərdə yaxınlıq səviyyəsi təsir göstərir. Tədqiqatçılar 18-30 yaş aralığında olan, bir ildən artıq münasibətdə yaşayan 280 nəfərin məlumatlarını təhlil ediblər ki, xəyanət meylini gücləndirən amilləri müəyyən etsinlər. 

Qaynarinfo xəbər verir ki, aaşdırma "The Family Journal: Counseling and Therapy for Couples and Families” jurnalında dərc edilib.

Əsas amillərdən biri valideyn xəyanəti olub. İştirakçıların yarısına yaxını heç olmasa bir valideynin ailədən kənar əlaqəsinin olduğunu bildirib və bu, daha çox atalarla bağlı hallarda müşahidə edilib. Gənclər adətən bu barədə yeniyetməlik dövründə — təxminən 13 yaşında, yəni etimad və romantik bağlılıqla bağlı şəxsi təsəvvürlər formalaşarkən xəbər tutublar. Belə təcrübə ilə üzləşənlərdə xəyanət niyyəti daha yüksək olub. Alimlər hesab edirlər ki, bu mexanizm davranış modellərinin nəsillərarası ötürülməsini əks etdirə bilər: erkən yaşda xəyanətə şahid olmaq bu davranışı daha "adi” göstərir və əsas etimadı zəiflədir.

Fərdi səviyyədə ən güclü proqnozlaşdırıcı amil şəxsin özünün xəyanət təcrübəsi olub. Keçmişdə partnyoru aldadan iştirakçılar bunu yenidən etməyə daha çox hazır olduqlarını bildiriblər. Əvvəlki partnyordan gələn xəyanət isə növbəti xəyanət meylini artırmayıb. Alimlər bu nəticəni şəxsi qərarların travmatik təcrübədən daha önəmli olması ilə izah edirlər.

Bağlılıq xüsusiyyətləri də mühüm rol oynayıb. İfrat uzaqlaşdırıcı bağlılıq tipinə malik insanlar - yəni emosional yaxınlıqdan qaçan və müstəqilliyini qorumağa çalışanlar - daha yüksək xəyanət niyyəti göstəriblər. Alimlər hesab edirlər ki, belə hallarda xəyanət partnyordan məsafə saxlamaq, onun "həddindən artıq yaxınlaşmasının” qarşısını almaq vasitəsi kimi qəbul edilir. Bunun əksinə olaraq, tərk edilmək qorxusu ilə əlaqəli olan təşvişli bağlılıq bu tədqiqatda xəyanət niyyəti ilə əhəmiyyətli əlaqə göstərməyib.

Münasibətlərdə intimlik qoruyucu amil kimi çıxış edib. Emosional və seksual yaxınlığın yüksək səviyyəsi insanın kənarda romantik münasibət axtarmaq barədə düşünmə ehtimalını azaldıb. Yaxınlıq ehtiyacları qarşılandıqda şəxsin özünü təsdiqləmə motivasiyası cütlükdən kənara yönəlmir.

Bəzi modellərdə kişilər qadınlara nisbətən daha yüksək xəyanət niyyəti göstərsələr də, digər dəyişənlər - bağlılıq tipi, ailə təcrübəsi və münasibətlər tarixi - nəzərə alındıqdan sonra cinsiyyətin təsiri zəifləyib.

Alimlər vurğulayırlar ki, ailədə xəyanət təcrübəsi və ya şəxsin özünün keçmişdəki səhvləri münasibətlərin gələcəyini müəyyən etmir. Onların sözlərinə görə, əsas rol cütlükdə yaxınlığın keyfiyyətinə aiddir: məhz emosional açıqlıq, ehtiyaclar barədə dürüst dialoq və qarşılıqlı anlaşma riskləri azaldır və davamlı, etibarlı münasibətlər formalaşdırmağa kömək edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri