Icma.az
close
up
RU
Alimlərdən gözlənilməz nəticə: Artıq çəki həmişə təhlükəli deyil

Alimlərdən gözlənilməz nəticə: Artıq çəki həmişə təhlükəli deyil

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Danimarkalı alimlər "normal çəki" anlayışına dair illərdir qəbul edilmiş fikirləri şübhə altına alıblar.

Avropa Diabet Tədqiqatı Assosiasiyasının (EASD) Vyanada keçirilən illik toplantısında təqdim edilən yeni tədqiqat maraqlı nəticələr ortaya qoyub.

Araşdırmaya əsasən, artıq çəkisi olan (BKİ 25-30) və hətta orta dərəcədə piylənməsi olan şəxslər (BKİ 30-35) üçün beş il ərzində ölüm riski əvvəlki ehtimallardan daha aşağıdır. Ən təəccüblüsü isə odur ki, "normal çəkili" hesab edilən insanlar - xüsusilə də BKİ-si 18,5-22,5 arasında olanlar - daha yüksək ölüm riski daşıyırlar.

Məsələn:

BKİ-si 18,5-20 olanlarda ölüm riski iki dəfə artır.

BKİ 20-22,5 olanlarda isə risk 27% yüksək çıxıb.

Alimlər bu vəziyyəti bəzən arıqlamanın sağlamlıq yox, gizli xəstəliklərin nəticəsi olması ilə izah edirlər.

"Sadəcə BKİ yetərli deyil"

Araşdırmanın rəhbəri, Orhus Universitetinin Sten Diabet Mərkəzindən Siqrid Bjerge Qribşolt bu nəticələrin ciddi yanaşma dəyişikliyinə ehtiyac yaratdığını deyib:

"Piylənmə və çəki azlığı qlobal sağlamlıq problemləridir. Amma biz gördük ki, yalnız ağır piylənmə və ya az çəki deyil, aşağı normal BKİ olan insanlar arasında da ölüm riski artıb."

Digər tərəfdən, ağır piylənmə (BKİ 40-dan yuxarı) olan şəxslərdə ölüm riski iki dəfədən çox, BKİ 35-40 aralığında olanlarda isə 23% daha yüksəkdir.

BKİ-dən daha vacib olan nədir?

Tədqiqatın digər müəllifi, professor Jens Meldgaard Bruun isə hesab edir ki, təkcə BKİ göstəricisinə əsaslanmaq düzgün deyil. Əsas diqqət yağların bədəndə necə paylandığına verilməlidir:

"Qarın bölgəsində toplanan visseral yağ ürək-damar xəstəlikləri və diabet riskini artırır. Amma bud və omba hissəsindəki yağlar nisbətən daha təhlükəsiz sayılır."

Nəticə: Hər artıq çəki təhlükəli deyil

Yeni araşdırma göstərir ki, orta dərəcəli artıq çəki daşıyan şəxslər üçün ölüm riski düşündüyümüz qədər yüksək deyil. Alimlər hesab edir ki, bədən çəkisi ilə bağlı qərarlar verərkən yalnız BKİ göstəricisinə deyil, yağlanmanın yeri və yanaşı xəstəliklərə də diqqət yetirilməlidir.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Sentyabr 2025 06:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri