Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kembric Universitetinin tədqiqatçıları artıq çəki ilə epizodik yaddaşın zəifləməsi arasında mümkün əlaqə aşkar ediblər.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri “The Quarterly Journal of Experimental Psychology” jurnalında dərc olunub.
Epizodik yaddaş insanın baş vermiş hadisələri və onlarla bağlı detalları yadda saxlaması və sonradan xatırlaması qabiliyyətidir. Araşdırmada 18-35 yaş arası 50 nəfər iştirak edib.
İştirakçıların bədən kütləsi indeksi (BKİ) 18-dən 51,7-yə qədər dəyişib. Onlardan 26 nəfərin BKİ-si 25-dən aşağı olub, digərlərində isə artıq çəki və ya piylənmə qeydə alınıb.
Alimlər yaddaşı qiymətləndirmək üçün “Xəzinə ovu” adlı testdən istifadə ediblər. İştirakçılardan mürəkkəb landşaft təsvirlərində müxtəlif əşyaları iki şərti gün ərzində gizlətmək, daha sonra isə həmin əşyaları, onların yerini və gizlədilmə ardıcıllığını xatırlamaq tələb olunub.
Nəticələrin təhlili göstərib ki, bədən kütlə indeksi yüksək olan iştirakçılar əşyaları, onların yerləşdiyi yerləri və hadisələrin ardıcıllığını yadda saxlamaqda daha zəif nəticələr göstəriblər.
Yaş, cins və təhsil səviyyəsi nəzərə alındıqdan sonra da yaddaşın bəzi komponentləri üzrə bu əlaqə qorunub.
Tədqiqat müəllifləri hesab edirlər ki, nəticələr artıq çəkinin beynin fəaliyyətində, o cümlədən xatirələrin formalaşması və bərpasında iştirak edən sahələrdə dəyişikliklərlə əlaqəli ola biləcəyini göstərir. Əvvəlki araşdırmalarda da piylənmə ilə yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan hipokampın fəaliyyətindəki pozuntular arasında əlaqə aşkar edilib.
Alimlər yaddaşla qidalanma davranışı arasında mümkün əlaqəyə də diqqət çəkiblər. Belə ki, insanın yaxın zamanda baş vermiş hadisələri, o cümlədən yemək yediyi vaxtı və miqdarını xatırlamaqda çətinlik çəkməsi onun aclıq hissinə və qəbul etdiyi qidanın miqdarını tənzimləməsinə təsir göstərə bilər.
Bununla belə, tədqiqatın rəhbəri Lüsi Çik vurğulayıb ki, nəticələr artıq çəkisi olan bütün insanların yaddaşının zəif olması demək deyil.
Araşdırma ilkin xarakter daşıyır və az sayda iştirakçını əhatə edir. Buna görə də nəticələri bütün əhaliyə şamil etmək olmaz.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Oktyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















