Icma.az
close
up
RU
Alimlərin üzərinə ədəbi dili zəiflətməsinin qarşısını almaq kimi bir missiya düşür Yeganə Hacıyeva yazır

Alimlərin üzərinə ədəbi dili zəiflətməsinin qarşısını almaq kimi bir missiya düşür Yeganə Hacıyeva yazır

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XXI əsr bəşər tarixində rəqəmsal sivilizasiya keçid dövrü kimi xarakterizə olunur.

Bu dövr informasiya texnologiyalarının, internetin və sosial şəbəkələrin həyatımızın bütün sahələrinə nüfuz etməsi ilə səciyyəvidir.

Rəqəmsallaşma prosesi bütün sahələrdə olduğu kimi insanın ünsiyyət tərzi, düşüncə modeli və dil davranışını əsaslı şəkildə dəyişmişdir.

Ədəbi dil də bu qlobal prosesin təsirindən kənarda qalmamış, onun normativ sistemi və ifadə vasitələri yeni kommunikativ şəraitə uyğunlaşmağa prosesi başlamışdır.

Belə ki, ənənəvi ədəbi dildə yazılı və şifahi formalar arasında ciddi fərq mövcud idi, yazılı nitq daha rəsmi, sabit və qaydalı, şifahi nitq isə sərbəst və emosional idi.

Rəqəmsal mühitdə isə şifahi və yazılı nitq arasındakı sərhədlərin itməsi izlənməkdədir.

Sosial şəbəkələr, mesajlaşma tətbiqləri , bloqlar və digər internet ressurslar vasitəsilə yazılan mətnlərdə şifahi danışıq üslubuna xas elementlər  üstünlük təşkil edir.

Qısaltmalar, emosionallıq, səs təqlidi ifadələr və emoji simvollar  geniş şəkildə istifadə olunur.

Bu hal bir tərəfdən ədəbi normanın elastikliyini artıraraq onu daha çevik və dinamik hala gətirir.

Digər tərəfdən isə yeni dil variasiyalarının formalaşmasına səbəb olur.

Rəqəmsal kommunikasiya nəticəsində ədəbi, publisistik və danışıq üslublarının xüsusiyyətlərini birləşdirən yeni ünsiyyət forması - rəqəmsal üslub meydana gəlmişdir.

Bu üslubda qısa, lakonik və emosional ifadə tərzi üstünlük təşkil edir.

Bu gün abbreviaturalar, simvollar və haştaqlar ibarət olan mesajların quruluşu, yeni kommunikativ qaydalar formalaşdırır.

Beləliklə, internet mühiti özünün dil sistemi, etiketi və ifadə standartlarını yaratmış olur.

Diğər tərəfdən isə ədəbi dil ingilis dilindəm alınmalar və internet jarqonları ilə yüklənir. 

Rəqəmsallaşma ilə əlaqədar olaraq ingilis mənşəli terminlər və ifadələr Azərbaycan dilinə intensiv şəkildə daxil olur.

“Post”, “layk”, “kontent”, “strim”, “trend” kimi sözlər gündəlik nitqdə aktiv işlədilir və çox zaman Azərbaycan dilinin morfoloji sisteminə uyğunlaşdırılır , məsələn , “layk etmək”,  “trenddə qalmaq”, “kontent hazırlamaq” və s. 

Bu kimi hallar dilin qloballaşmasının təzahürü olmaqla yanaşı, onun saflığı və milli özünəməxsusluğu məsələsini də aktuallaşdırır.

Ədəbi normanın formalaşması əvvəlki dövrlərdə daha çox dilçilərin, akademik institutların və normativ lüğətlərin səlahiyyətində idi.

Lakin rəqəmsal dövrdə normanı müəyyənləşdirən əsas qüvvə geniş istifadəçi kütləsi çıxış edir.

Sosial şəbəkələrdə populyarlaşan ifadələr, sadələşmiş yazılı formalar (“tşk”,  “slm” və s.) müəyyən zaman keçdikcə norma kimi qəbul olunmağa meyllidir.

Bu, dilin, “aşağıdan yuxarıya” istiqamətlənmiş dəyişikliklərin təsirini nümayiş etdirir.

Rəqəmsal kommunikasiyada nitqin vizuallaşması və multimodal ünsiyyət formaları yaranmaqdadır.

Məsələn , mətnlər təkcə sözlərlə deyil, həm də vizual və simvolik elementlərlə ifadə olunur. Emoji, mem, gif, stiker və haştaq kimi vasitələr mətnə əlavə emosional və semantik qatlar gətirir.

Belə multimodal ünsiyyət növü nitqin çoxşaxəli və təsirli olmasını təmin etsə də, klassik ədəbi dildən uzaqlaşma riskini kəskin artırır.

Rəqəmsal dövrdə ünsiyyətin sürətliliyi və qeyri-rəsmi xarakteri bəzən dil mədəniyyətinin zəifləməsinə gətirib çıxarır.

Yazı qaydaları, durğu işarələri və orfoqrafiya qaydalarına diqqət azalır və o, yeni şəraitə uyğunlaşır. Əsas məqsəd, hər bir halda, fikrin dəqiq, aydın və mədəni ifadəsini qorumaqdır. Rəqəmsal transformasiya ədəbi dilin təbiətinə yeni baxış gətirib. Ədəbi dil öz sabitliyini qoruyaraq dəyişikliklərə açıq sistem olduğunu nümayiş etdirir və yeni ünsiyyət formaları, leksik alınmalar və multimodal elementlər ədəbi dilin ifadə imkanlarını artırır.

Bu gün alimlərin üzərinə rəqəmsal transformasiyanın ədəbi dili zəiflətməsinin qarşısını almaq, dilin mədəni, aydın və milli kimliyini qorumaq və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək kimi bir missiya düşür.

Yeganə Hacıyeva - Mətbuat Şurasının İdarə Heyətinin üzvü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Noyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see133

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri