Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Alın yazısını özü yazan futbolçu: Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar

Alın yazısını özü yazan futbolçu: Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2012-ci il. Misir televiziyalarından birinin canlı yayımında gənc futbolçu klub rəhbərliyinə müraciətlə az qala yalvararaq, onu Avropaya, İsveçrə "Bazel"inə buraxmalarını xahiş edir. Cavan bir oyunçu üçün bu, olduqca böyük riskdir. Bu elə bir dövrdür ki, Port-Səid stadionundakı faciədən sonra ölkədə futbol çempionatı dayandırılıb. Misirin aparıcı klubları yaxşı maaş ödəyir və oyunçuları asanlıqla buraxmaq istəmirlər. Cəmi 19 yaşı olan bu gənc isə anlayırdı ki, alın yazısını məhz özü yazmalıdır. Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar. Futbol eşqi ilə yanan həmin cavan oğlan müasir futbolun ən parlaq simalarından olan Məhəmməd Salah idi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Yoxsulluq və çətinliklər içində keçən uşaqlıq

Kiçik Naqriq kəndində dünyaya gələn gələcəyin ulduzunun uşaqlıq illəri yoxsulluq və çətinliklər içində keçib. Yeganə arzusu top qovmaq olan və saatlarla çətin şəraitdə məşq edən Salah futbolun onun üçün sadəcə bir oyun olmadığını, həyat tərzi olduğunu erkən yaşlarından dərk etmişdi. On yaşında skautların diqqətini çəkən balaca Məhəmməd "Əl-Mökavlun"da özünü göstərdikdən sonra böyük keşməkeşlə 2.5 milyon avro qarşılığında "Bazel"ə keçməyi bacardı. İsveçrədəki iki mövsüm onun üçün yeni qapılar açdı və "Çelsi"nin diqqətini çəkdi.

Londonda ulduzların arasında gözlədiyi qədər oyun şansı əldə edə bilməyən gənc misirli geri çəkilmədi. 2015-ci ildə "Fiorentina"ya icarəyə göndərildi və burada öz bacarıqlarını nümayiş etdirməyə başladı. Daha sonra "Roma"ya keçid edən Salah İtaliya çempionatında möhtəşəm performans sərgiləyərək özünü bütün Avropaya tanıtdı. 2016-2017 mövsümündə "Roma"nın ən məhsuldar oyunçularından biri olmaqla yenidən "Dumanlı Albion" yolu açılan Məhəmməd tezliklə "Dövrünün Fironu" hesab olunmağa başlayacaqdı.

İkiqat reinkarnasiya

"Liverpul"la Salahın yolunun kəsişməsi hər ikisi üçün yeni yolun başlanğıcı idi: bir tərəfdə özünü hələ də tam olaraq sübut edə bilməyən saf istedad, digər tərəfdə 30 ilə yaxın çempionluq üzü görməyən nəhəng klub. Bu keçid Mersisayd təmsilçisinə cəmi 42 milyon avroya başa gəlmişdi. Həmin transferdən cəmi bir ay sonra Neymarın "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olduğunu xatırlayanda, bu məbləğ, həqiqətən, çox az idi.

Salah "Liverpul"da ilk ilində 32 qolla Premyer Liqanın bombardiri oldu. O, təkcə fərdi performansı ilə deyil, həm də komandanın oyun üslubuna verdiyi dinamika ilə "qırmızılar"ın hücum xəttində əsas fiqura çevrildi. Növbəti mövsüm "Liverpul" UEFA Çempionlar Liqasının qalibi oldu. Finalda "Tottenhem"lə matçın əvvəlində vurduğu qol komandasının titulu əldə etməsində böyük rol oynadı. Bir il sonra isə "Liverpul" uzunmüddətli arzusuna məhz Salahın əla performansı ilə çatacaqdı. Ölkə çempionatı Premyer Liqa adlanandan heç vaxt qalib ola bilməyən komanda 2019-cu ildə hədəfini reallaşdıra bildi. Salah vurduğu 19 qolla çempionluğun memarlarından idi. Hər iki tərəf üçün reinkarnasiya adlandıra biləcəyimiz bu perioda Avropa Super Kuboku, klublararası dünya çempionluğu, İngiltərə Liqa və Federasiya kubokları və bir neçə digər titulu sığışdırmaq mümkün oldu.

Onun böyük ürəyi

Salah sadəcə bir futbolçu deyil. O, meydanda və meydandan kənarda bir əfsanəyə çevrilən, sadə bir kənd uşağından dünya futbolunun zirvəsinə yüksələn modern zamanın qəhrəmanıdır. Salahın uğur yolu əzmkarlıq, sədaqət və inamın insanı haralara daşıya biləcəyinin canlı sübutudur. Onun hekayəsi təkcə futbolsevərlər üçün yox, hər kəs üçün ilhamvericidir. Əlbəttə, təkcə meydandakı performansı bir nəfəri bu qədər sevdirə bilməzdi.

Salahın xeyirxahlığı haqqında əfsanələr çoxdur: Basyun şəhərindəki xəstəxanaya 560 min funt sterlinq, Qahirədəki Milli Xərçəng İnstitutuna 2.5 milyon funt sterlinqlik yardımlar, pandemiya zamanı minlərlə ton ərzaq, təcili yardım mərkəzi, oksigen silindirləri, su təmizləmə zavodu, qızlar məktəbi, Qəzza bölgəsinə humanitar yardım, Misir Qırmızı Aypara Cəmiyyətinə ianələr və sair...

Pazlın son parçası

Salah futbolçu kimi əldə edə biləcəyi bütün böyük mükafatları qazanıb. Burada yalnız dünya çempionluğunu istisna edə bilərik ki, onu da anlamaq çətin deyil. Futbol hər şeydən əvvəl komanda oyunudur və Misir yığmasının bu potensialı sadəcə yoxdur. Lakin fərdi olaraq Salah "Qızıl top"u əldə edə bilər - hər nə qədər son illərdə bu mükafatın təqdim edilməsi zamanı kollektiv nəticələrə önəm verilsə də.

İl yeni başlayıb, lakin hətta indidən Salahı "Qızıl top"a namizəd göstərənlər az deyil. Ən yaxın izləyicisi ilə ciddi fərq yaradan "Liverpul" Premyer Liqada çempionluğa çox yaxındır. Komandanın göstərdiyi oyun Çempionlar Liqasında da titul əldə etməyi olduqca real edir. Uzaq 2017-ci ildəki performansından sonra "bir mövsümlük oyunçu" damğası vurulan Məhəmməd Salah isə 27 oyunda vurduğu 25 qolla Premyer Liqanın bombardiridir.

Salahın hekayəsi bir futbolçunun necə qlobal simvola çevrilə biləcəyinin ən gözəl nümunələrindən biridir. O, sadəcə bir oyunçu deyil - bir millətin fəxri, bir klubun simvolu və dünya futbolunun əfsanəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri