Icma.az
close
up
RU
Alış verişdə yeni dövr başlayır: Kassirlər tarixə qovuşa bilər

Alış verişdə yeni dövr başlayır: Kassirlər tarixə qovuşa bilər

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bazarlara maraq azalır, amma bu əslində bazarların yerini supermarketlərin tutması deyil, topdansatış və pərakəndə ticarət şəbəkələrinin inkişafının təbii nəticəsidir. Vaxtilə "supermarket", "hipermarket", "giqamarket" kimi anlayışlar bizim üçün o qədər də tanış deyildi. Bunları əsasən inkişaf etmiş Avropa ölkələrində görürdük…”

 Bu sözləri “Yeni Sabah” iqtisadçı Pərviz Heydərov deyib. Bazarların gələcəyi ilə bağlı fikirlərini bölüşən ekspert deyib ki, kənd təsərrüfatı məhsullarının satışının tamamilə supermarketlərin nəzarətinə keçməsi düzgün yanaşma olmaz:

 “Müasir supermarketlər təkcə alış-veriş məkanı deyil. Orada restoranlar, hazır yemək bölmələri, uşaqlar üçün əyləncə guşələri və digər xidmətlər fəaliyyət göstərir. Yəni insanlar həm gündəlik tələbatlarını ödəyir, həm də vaxt keçirirlər. Bu proses bütün dünyada gedir və təbii inkişafın tərkib hissəsidir. Bu gün dünyada onlayn ticarət də sürətlə inkişaf edir. İnsanların marketə getməsinə ehtiyac qalmır. Evdən istədiyi məhsulu sifariş edir və həmin məhsul qapısına qədər çatdırılır. Bu tendensiya Azərbaycana da gəlib çıxıb. Hazırda bu sistem inkişaf etmiş ölkələrdə olduğu qədər geniş yayılmasa da, gələcəkdə daha da genişlənəcəyi gözlənilir. Dominos pizza

Belə olan halda sual yaranır ki, əgər insanlar bütün ərzaq məhsullarını evdən sifariş edə biləcəklərsə, gələcəkdə iri supermarketlərə və hipermarketlərə ehtiyac necə olacaq? Texnologiyanın inkişafı ticarət sektorunu da dəyişir. İnternet artıq həyatın bütün sahələrinə təsir göstərir və bəzi peşələrin sıradan çıxmasına səbəb olur”.

İqtisadçının fikrincə, texnologiyanın inkişafı ticarət sahəsində bəzi peşələrə olan ehtiyacı azaldacaq:

“Məsələn, yaxın gələcəkdə supermarketlərdə kassir peşəsinin tamamilə aradan qalxacağını düşünürəm. Kassaların əksəriyyəti avtomatlaşdırılacaq. Anbar işçilərinin, qablaşdırma ilə məşğul olan əməkdaşların gördüyü işlərin də müəyyən hissəsi robotlar tərəfindən yerinə yetiriləcək. Bu, pərakəndə ticarət şəbəkələrinin inkişafının təbii nəticəsidir.

Amma kənd təsərrüfatı məhsullarının satıldığı ənənəvi bazarlarla bağlı proseslər bir qədər fərqlidir. Bu sahədə hansı dəyişikliklərin baş verəcəyini zaman göstərəcək. Mən şəxsən kənd təsərrüfatı məhsullarının satışının tamamilə bazarlardan çıxaraq yalnız supermarketlərin nəzarətinə keçməsini doğru hesab etmirəm. Çünki bütün satışın yalnız iri marketlərin əlində cəmləşməsi müəyyən mənfi nəticələr də yarada bilər.

Ümumiyyətlə, bütün bu dəyişikliklər təbii inkişafın nəticəsi olaraq baş verməlidir. İnzibati qərarlarla, süni məhdudiyyətlərlə bazarların sıxışdırılması, fəaliyyətinin dayandırılması və ya hansısa marketlərin üstün vəziyyətə gətirilməsi düzgün yanaşma deyil".

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri