Icma.az
close
up
RU
Kitab oxuya bilməyən nəsil yetişir Günahkar telefonlardır?

Kitab oxuya bilməyən nəsil yetişir Günahkar telefonlardır?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər “TikTok”, “İnstagram” və digər platformalarda qısa videoların populyarlığı xeyli artıb. Xüsusilə gənclər saatlarla bir-birinin ardınca yayımlanan videolara baxır, sürətli məlumat axınına alışırlar. Bəs qısa videolar beynimizin işləmə tərzini dəyişirmi? Bu platformalar gənclərin düşünmə və öyrənmə qabiliyyətinə necə təsir edir?

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Sabah”ın suallarını cavablandırıb:

- Qısa videolara alışan gənclərin kitab oxumağa və uzun mətnləri izləməyə marağının azalmasının səbəbi nədir? Sərfəli qiymətə məhsullar

- Qısa videolar beynin sürətli mükafatlandırma mexanizmini daim stimullaşdırır. Hər yeni video, gözlənilməz məzmun və dəyişən görüntü diqqəti yenidən cəlb edir. İnsan getdikcə bu sürətli stimullara alışır və eyni səviyyədə maraq yaratmaq üçün daha çox stimul axtarır. Bu, mükafatlandırma sistemində həssaslığın dəyişməsinə və uzunmüddətli fəaliyyətlərə marağın azalmasına səbəb olur. Kitab oxumaq isə səbir, diqqət və zehni cəhd tələb edir.

Bizim cəmiyyətdə mütaliə mədəniyyəti onsuz da yetərincə formalaşmayıb. İnsan oxumağa, araşdırmağa və düşünməyə vərdiş etməyibsə, onu bir neçə saniyə ərzində əyləndirən alqoritmlər qarşısında daha müdafiəsiz qalır. Nəticədə insan düşünməkdən çox istehlak etməyə, öyrənməkdən çox izləməyə alışır.

- Sürətli məlumat axını insanlarda səthi düşünmə vərdişi yarada bilərmi?

- Bəli. Davamlı və sürətli informasiya axını diqqətin parçalanmasına, məlumatın dərindən emal edilməsinin zəifləməsinə gətirib çıxarır. İnsan məlumatı qəbul edir, lakin onu təhlil etmir. Analiz və sintez qabiliyyəti inkişaf etməyən insan informasiya bolluğunda istiqamətini itirir. Xəbərin yalnız başlığını oxuyur, müsahibənin bir neçə saniyəlik hissəsinə baxır və bütöv hadisə haqqında hökm verir.

Problem məlumatın azlığında deyil, düşüncənin səthiləşməsindədir. Hər kəsin fikri var, amma hər fikrin arxasında bilik yoxdur. İnsanlar anlamaq üçün deyil, mübahisədə qalib gəlmək və özünü ağıllı göstərmək üçün danışırlar. Məlumatlı olmaqla düşünməyi bacarmaq eyni şey deyil.

- Qısa videoların yaratdığı diqqət dağınıqlığı yaddaşa və öyrənmə qabiliyyətinə təsir göstərirmi?

- Bu gün insanlar yaddaşlarının zəifləməsindən tez-tez şikayət edirlər. Halbuki bir çox hallarda problem yaddaşın özündə deyil, diqqətin davamlı olaraq bölünməsindədir. İnsan məlumatı diqqətlə qəbul etmirsə, onu yaddaşda möhkəmləndirə də bilmir. Öyrənmə üçün diqqət, təkrar, əlaqələndirmə və düşünmə lazımdır. Bir neçə saniyəlik videolar arasında fasiləsiz keçid isə bu prosesləri çətinləşdirir.

Ən təhlükəli məqam insanın öyrənmədən də məlumatlı olduğunu düşünməsidir. Videoya baxmaq bilik qazanmaq demək deyil. Məlumatı görmək onu mənimsəmək deyil. İnsan getdikcə zehni əmək sərf etmədən nəticə əldə etməyə alışır. Bu isə öyrənmə və müstəqil düşünmə bacarığını yox edir.

- Bu vərdiş uşaqlarda və yeniyetmələrdə daha ciddi nəticələrə səbəb ola bilərmi?

- Bəli. Uşaqlıq və yeniyetməlik dövrü şəxsiyyətin, özünənəzarətin, diqqətin və düşünmə bacarıqlarının formalaşdığı mərhələdir. Bu dövrdə uşağı fasiləsiz rəqəmsal stimullara məruz qoymaq onun inkişaf edən psixoloji mexanizmlərinə əlavə yük yaradır. Uşaqlar şəxsiyyət kimi formalaşmaq əvəzinə, hazır şüarları təkrarlayan, başqalarının davranışını və həyat tərzini təqlid edən rəqəmsal istehlakçılara çevrilirlər.

Rəqəmsal kimliklə real kimlik arasındakı məsafə böyüdükcə uşaq öz dəyərini baxış sayı, bəyənmə və virtual təsdiq üzərindən müəyyənləşdirməyə başlayır. Reallıqla əlaqə zəifləyir, gözləntilər süni şəkildə formalaşır. Bu mühit narahatlıq, özünəinam problemləri, yuxu pozuntuları və depressiv əlamətlər üçün risk yaradır. Rəqəmsal platformalar psixi pozuntuların yeganə səbəbi deyil, lakin mövcud həssaslıqları tətikləyə bilər. Uşaqları psixoloji müdafiə mexanizmləri hələ formalaşmamış bir dövrdə nəzarətsiz rəqəmsal axının qarşısında qoymaq məsuliyyətsizlikdir.

- Gündəlik sosial şəbəkə istifadəsi üçün hansı sərhədləri müəyyənləşdirmək daha məqsədəuyğundur?

- Məhdudiyyətlər mütləq olmalıdır. Rəqəmsal dünyadan uzaqlaşmaq lazım deyil. Məsələ texnologiyanı həyatımızın idarəedicisinə çevirməməkdir. Sosial şəbəkələrdən istifadə üçün konkret zaman çərçivəsi müəyyənləşdirilməli, xüsusilə uşaqların ekran vaxtı yaşlarına uyğun tənzimlənməlidir.

Kitab oxuyarkən, dərs hazırlayarkən, işləyərkən və ünsiyyət zamanı ağıllı cihazlar əlçatan olmamalıdır. Yatmazdan əvvəl ekran istifadəsi də məhdudlaşdırılmalıdır. Əsas prinsip diqqəti qorumaqdır. İnsan öz diqqətini idarə edə bilmirsə, onun vaxtını və düşüncəsini başqalarının qurduğu alqoritmlər idarə edir. Texnologiyadan istifadə etmək başqa şeydir, texnologiyanın istifadəçisinə çevrilmək başqa.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri