Alisson Bekker Yuventus la razılaşdı
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Liverpul"un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin iddiasına görə, 33 yaşlı qolkiper "Yuventus"a keçidə razılıq verib. Turin təmsilçisinin futbolçunun nümayəndələri ilə apardığı danışıqların müsbət nəticələndiyi qeyd olunur. Klub rəhbərliyi hazırkı qapıçı Michele Di Qreqorio ilə yolları ayıraraq, onun yerinə Alissonu gətirmək niyyətindədir.
Həmçinin bildirilir ki, “Yuventus” rəhbərliyi braziliyalı qapıçının komandaya qoşulması ilə növbəti mövsüm çempionluq uğrunda daha iddialı olacağına inanır.
Qeyd edək ki, Alisson bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 36 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 17 milyon avro təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Aprel 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















