Alkoqol asılılığından əziyyət çəkən yaxınınıza kömək etməyin YOLU
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Alkoqol asılılığından əziyyət çəkən insana kömək etmək üçün ona bu vərdişin ailəyə necə təsir etdiyini göstərmək lazımdır.
Redaktor.az xəbər verir ki, bunu narkoloq Andrey Türin life.ru-ya açıqlamasında deyib.
Həkimin sözlərinə görə, alkoqol problemi olan qohumla ciddi söhbətə hazırlaşmaq diqqət tələb edir. Türin bunun üçün “enmə gündəliyi” adlandırdığı üsulu məsləhət görür. Bu gündəliyə həmin şəxsin borcları, eləcə də içkinin uşaqlara və ailəyə necə təsir etdiyini göstərən faktlar daxil edilməlidir.
Türin bildirib ki, bu faktları topladıqdan sonra onun ayıq, sakit və müdafiəsiz olduğu nadir bir anı gözləmək lazımdır. Bu vaxt ittihamlara yol vermədən vəziyyətin real mənzərəsini göstərmək daha təsirli olur.
O deyir: “Qışqıraraq günahlandırmaq lazım deyil. Sakit şəkildə göstərmək lazımdır ki, xəstəlik onu və ailəni hansı nəticələrə gətirib çıxarıb.”
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















