Icma.az
close
up
RU
Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Trampın Maduronu Türkiyəyə köçürmə təklifi real ola bilər

Türkiyənin reaksiyası gecikdi və kifayət qədər sərt olmadı

"The New York Times" nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela Prezidenti Nikolas Maduronu vəzifədən getməyə və Türkiyəyə köçməyə razı salmaq məqsədilə təklif irəli sürüb. Bildirilir ki, Nikolas Maduro bu təklifi qəbul etməyib. 

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və onun həyat yoldaşı saxlanılaraq ölkə xaricinə çıxarılıb. Venesuela Xarici İşlər Naziri İvan Xil Pinto ABŞ-ın Karakasda bəzi hərbi və mülki obyektlərə endirdiyi zərbələri hərbi aqressiya kimi qiymətləndirib. Hadisələrdən sonra ölkədə fövqəladə vəziyyət elan edildiyi açıqlanıb.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a Ərdoğan ilə Maduro arasındakı yaxın münasibətlərin, eləcə də Maduronun Türkiyədəki iqtisadi infrastrukturu və fəaliyyətinin bu iddiaların doğru ola bilmə ehtimalını gücləndirdiyini söyləyib:

"Mediada əks olunan məlumatlara görə, ABŞ Prezidenti Tramp Venesuela Prezidenti Nikolas Maduronu vəzifəni tərk edib ölkədən çıxması üçün müxtəlif təkliflərlə razı salmağa çalışıb. Bu məlumatlar açıq mənbələrdə də yer alıb. Həmin təklif edilən ölkələrdən birinin Türkiyə olduğu bildirilir. Ərdoğan ilə Maduro arasındakı yaxın münasibətlər, eləcə də Maduronun Türkiyədəki iqtisadi infrastrukturu və fəaliyyəti bu iddiaların doğru ola biləcəyini göstərir. Lakin Maduro bu təklifləri qəbul etməyib və bunun ardınca ABŞ-nin həyata keçirdiyi bir əməliyyatla Venesuela prezidenti və həyat yoldaşı faktiki olaraq ölkədən qaçırılıb. İndi bu hadisəni bir dövlətin başqa bir dövlətə müharibə elan etməsi və ya hərbi müdaxilə etməsi kimi təqdim edən yanaşmalarla rastlaşırıq. Məsələn, Rusiyanın Ukraynanı işğalı ilə ABŞ-nin Venesuelaya müdaxiləsi arasında oxşarlıqlar qurulur. Halbuki burada eyni vəziyyətdən söhbət getmir".

Elspert yarixdə ikinci dəfədir ki, ABŞ-nin başqa bir ölkənin liderini ələ keçirdiyini bildirib:

"Panama lideri Manuel Norieqa da ABŞ müdaxiləsi zamanı təslim olub, ABŞ-da mühakimə edilib və uzun illər həbs cəzasına məhkum edilib. Bu baxımdan ABŞ-nin həyata keçirdiyi bu əməliyyatın beynəlxalq hüquqda heç bir yeri yoxdur və qəbuledilməzdir. Bu, mübahisəsiz faktdır. Artıq bir çox ölkə ABŞ-nin bu addımını qınayıb, hətta bəzi Avropa ölkələri də buna reaksiya verib. Burada əsas məsələ ondan ibarətdir ki, ABŞ Monroe Doktrinasından bəri Latın Amerikasını öz “arxa bağçası” kimi görür və bölgədə xarici güclərin möhkəmlənməsini və ya təsirini istəmir. Bu gün Venesuela ilə münasibətlərini inkişaf etdirən üç əsas ölkə var: Rusiya, Çin və İran. Xüsusilə İran bu kontekstdə önəmli yer tutur. Məhz buna görə ABŞ, Rusiyanın öz arxa bağçasında xarici müdaxilə istəməməsinə bənzər şəkildə, hegemon gücünü nümayiş etdirməyə çalışır. Eləcə də bunu bir növ Rusiya və Çinə göstərmək istəyir. Ukrayna müharibəsindən sonra tez-tez danışılan “çoxqütblü dünya nizamı” anlayışına ABŞ silah gücü ilə meydan oxuyur. Bunu açıq şəkildə ifadə etmək lazımdır".

Analitik Türkiyənin proseslərə münasibətindən də danışıb:

"Türkiyə Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlama olduqca zəif idi, ABŞ açıq şəkildə qınanmadı. Halbuki Ərdoğan-Maduro münasibətləri yüksək səviyyədədir. Bu gün AKP sözçüsü Ömər Çəlik müəyyən açıqlamalar verdi. Lakin belə hallarda reaksiyanın vaxtında, aydın və qəti şəkildə ortaya qoyulması vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Yanvar 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri