Alkoqol zəhərlənməsi həyati təhlükə yarada BİLƏR
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Psixiatr-narkoloq Ruslan İsayev xəbərdarlıq edir ki, alkoqol zəhərlənməsi həyati təhlükə yarada bilər və bu zaman bəzi əlamətlərə xüsusi diqqət yetirilməlidir.
Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, spirtli içkidən sonra öd və ya qan qarışığı olmadan baş verən qusma, qəfil başgicəllənmə, ayaq üstə dura bilməmək və nitqin pozulması təhlükəli vəziyyətin göstəricisidir.
Əgər insan harada olduğunu anlamırsa, yaxınlarını tanımırsa, ya aqressiv, ya da çox sakit və yavaş davranırsa bu artıq sadəcə sərxoşluq deyil, ciddi zəhərlənmə və ya alkoqol psixozu ola bilər.
Həkim əlavə edib ki, nəbzin sürətlənməsi, ürək ritmində pozulmalar və nəfəsin qeyri-normal olması da təcili tibbi yardım tələb edən hallardır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 Avqust 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















