DÇ nin çempionları mükafatlandırıldı
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Kristal Zalında futbol üzrə U-15 Dünya Çempionatı və Festivalının qaliblərinin rəsmi təltifetmə mərasimi baş tutub.
Futbolpress.az xəbər verir ki, tədbirdə əvvəlcə turnir boyu 1000-ə yaxın matçı idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub. Ardınca F, E, D, C və B divizionları üzrə fərqlənən Yeni Zelandiya, Mərkəzi Afrika Respublikası, Tacikistan, Belarus və Zambiya kollektivləri mükafatlandırılıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və FIFA prezidenti Canni İnfantinonun iştirakı ilə keçən mərasimin zirvə nöqtəsində A divizionunun mükafatları təqdim edilib.
İspaniya yığmasına 0:3 hesabı ilə uduzaraq gümüş medala layiq görülən Çexiya seçməsindən sonra tarixi turnirin ilk çempionu olan İspaniya komandasına medallar və baş kubok təntənəli şəkildə təqdim olunub.
Xatırladaq ki, 189 ölkənin gənc istedadlarını Bakıda bir araya gətirən möhtəşəm mundial uğurla başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 30 Oktyabr 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















