Efiopiyada PUA zərbələri nəticəsində 15 nəfər ölüb
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Efiopiyanın Amhara bölgəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş düşərgəyə pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələr nəticəsində ölənlərin sayı, 5-i uşaq olmaqla, 15 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" xilasetmə əməliyyatında iştirak edən iki mənbəyə istinadən məlumat yayıb.
Yerli icma nümayəndəsinin sözlərinə görə, 1,7 mindən çox insanın yaşadığı "Cari-2" düşərgəsində 5-ə yaxın partlayış səsi eşidilib. Ölənlərdən 13-ü hadisə yerində dəfn edilib, 2 yaralı isə sonradan Hayk şəhərindəki xəstəxanada vəfat edib.
Bildirilib ki, hakimiyyət orqanları xəsarət alan 36 nəfərə tibbi yardım göstərilməsini təşkil edir. Hayk sakininin sözlərinə görə, sağ qalanlar məktəbə sığınıblar.
Endirilən zərbələrin günahkarları və düşərgənin hücum hədəfinə çevrilməsi səbəbləri hazırda naməlum olaraq qalır. Hər iki mənbə qeyd edib ki, hücum anında həmin ərazidə aktiv döyüş əməliyyatları aparılmayıb, lakin yaxınlıqda Tıqray silahlı birləşmələrinin rəhbərlik etdiyi üsyançılar koalisiyasına daxil olan Amhara "Fano" Milli Hərəkatının üzvləri yerləşib.
"Reuters"in məlumatına görə, hökumət qüvvələri sentyabrın 23-də başlayan hücumdan sonra koalisiya qüvvələrini geri çəkilməyə məcbur edib. Daha əvvəl, oktyabr ayında onlar Tıqray regionunun paytaxtını yenidən öz nəzarətinə qaytarıb və Eritreya sərhədinə doğru irəliləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 Oktyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















