Icma.az
close
up
RU
Alkoqollu içkilərə dair minimal qiymət siyasəti səmərə verə bilərmi?

Alkoqollu içkilərə dair minimal qiymət siyasəti səmərə verə bilərmi?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərviz Heydərov yazır...

Son günlər mübahisə doğuran məsələlərdən biri də ölkə üzrə alkoqollu içkilərin pərakəndə satış qiymətində minimum həddin müəyyən olunacağıdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna edilən dəyişikliklərə əsasən alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsbit edilən orqan (qurum) vasitəsilə təsdiq olunacaq ki, sözügedən məhsul növü həmin qiymətdən aşağı satılmayacaq.

Qeyd olunan dəyişiklik ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarını qorumaq, istehlakçıların sağlamlıqları ilə hüquqlarının müdafiəsini daha yaxşı təşkil etmək, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışını və bu sahədə qanunsuz sahibkarlığın qarşısını almaq məqsədilə Prezidentin 7 fevral 2023-cü il tarixli müvafiq sərəncamına əsasən hazırlanaraq irəli sürülüb.

Bu da spirtli içkilərlə bağlı yeni qiymət-satış siyasətinin ortaya qoyulacağı deməkdir. Ancaq hesab edirəm ki, müəyyən nüansları nəzərə almaq və ehtiyatla addımlamaq lazımdır. Məsələn, sözügedən sərəncamın 1.3. bəndində yazılıb ki, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən edilməlidir.

Sual olunur, bunun bizə xeyri ola bilərmi? Ümumiyyətlə, qiymətdə döşəmə siyasəti istehlak bazarımızda dövriyyədə texniki normativ hüquqi aktlarla müəyyən olunan minimum keyfiyyət, təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkiləri sıradan çıxaracaqmı? Minimum qiymət səviyyəsinin tətbiqi ilə bu sahədə tələb olunan səviyyədə dövlət tənzimlənməsinə real olaraq nail olmaq mümkündürmü?

Hesab edirəm, indiki şəraitdə xeyr. Bunun bir neçə səbəbi var. Əvvəla, bu kimi məsələlərin həllində inzibati metodlar effekt verməyib, vermir və verə də bilməz. Ölkəmizdə alkoqollu içki satışı sahəsində mövcud vəziyyət həqiqətən də dövlət tənzimlənməsinin təkmilləşdirilməsini və bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini vacib sayır. Ancaq hələ ki birbaşa olaraq bu yolla deyil.

Doğrudur, alkoqollu içkilərin pərakəndə satışı sahəsində minimum qiymət tətbiqi beynəlxalq təcrübədə var. Lakin onlarda bu, sırf sağlamlıq, keyfiyyətə nəzarət etmək deyil, istehlakı azaltmaq məqsədi daşıyır.

İnzibati şəkildə qiymət tətbiqi yolu ilə alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarını tam şəkildə qorumaq, onları aldadan hər hansı digər fəaliyyətin qarşısını almaq və bu sahədə qanuni fəaliyyət göstərən intizamlı, peşəkar sahibkarlıq subyektlərinin maraqlarını təmin etmək, ümumiyyətlə daxili bazarı aşağıkeyfiyyətli məhsullardan hifz etmək, qeyri-qanuni istehsalı aradan qaldırmaq mümkün deyil.

İkincisi, qiymət məlum olduğu kimi tələb və təklifin nisbəti əsasında təşəkkül tapır və formalaşır. Əlverişli qiymətlərin ortaya çıxması üçünsə ortada rəqabət amili olmalıdır. Azərbaycan özü bu gün çoxlu çeşiddə alkoqollu içkilər istehsal edir və bu sahədə idxal-ixrac həyata keçirir. Bəzi idxal məhsulları yerli məhsullardan baha olsa da, elə yerli alkoqollu içkilər də var ki, bir sıra xarici analoqlarından keyfiyyəti üstün olduğuna görə baha təklif olunur. Hansı ki, yerli alıcıların çoxunun bunlara heç də "əli çatmır".

Bu, nəyi göstərir? Demək, sözügedən məhsullar üzrə daxili bazar əslində, formalaşmış vəziyyətdə sayılır. O zaman biz nəyi tənzimləmək istəyirik və yaxud nəyə nail olmağa çalışırıq?

Bəli, doğrudur: satışda texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur və heç də az deyil. Ancaq bu, qiymətlərin mövcud səviyyəsindən deyil, qanunsuz istehsal, qaçaqmalçılıq, vergidən yayınma, nəzarətsizlik kimi amillərin varlığından irəli gəlir. Odur ki, qiymətdə döşəmə siyasətinin tətbiqi indilikdə bütün bunları aradan qaldıra bilməz.

Belə ki, hər şeyin necə deyərlər, öz alıcısı var. Başqa sözlə, keyfiyyətsiz məhsulun da alıcıları olduğundan döşəmə qiyməti kara gələ bilməyəcək.

Üçüncüsü və bəlkə də ən mühümü isə ondan ibarətdir ki, alkoqollu içkilər satış həcmi, alqı-satqı dövriyyəsi yüksək xarakter daşıyan məhsullar sırasına daxil olduğundan bunlara həm də aksiz vergisi tətbiq olunur. Aksiz - qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növü sayılır. Ölkədə istehsal edilən, yaxud ölkəyə idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

Aksizli mallara içməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları və sair daxildir. Aksiz dərəcələri ən çox istehlak olunan, alqı-satqısı çox olan məhsullar üzrə həyata keçirildiyindən büdcə gəlirlərini artırmaq məqsədi ilə demək olar, hər il yüksəldilir.

Alkoqollu içkilər üçün isə sonuncu dəfə cari ilin əvvəlində, 80 qəpik qaldırılıb.

Belə ki, içməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün sözügedən dərəcə 4 manatdan 4,8 manatadək yüksəldilib.

Bütün bunlar da sözügedən məhsullar üzrə qiymətlərin artmasına səbəb olub. Ümumiyyətlə, aksiz dərəcələri son illər ərzində xüsusən tütün məmulatları və alkoqollu içkilər üzrə bir neçə dəfə artırılıb ki, hər dəfə də bu, qiymətlərə təsir edib və edir. Sadəcə olaraq, adıçəkilən məhsullar ən zəruri tələb duyulan istehlak malları sırasına daxil olmadığından, bütün bunlar ölkədəki sosial duruma təsirsiz ötüşür.

Lakin...

Təcrübə göstərib və göstərir: hər hansı bir məhsulun satış qiyməti əgər, vergi və yaxud digər səbəblər üzündən ardıcıl bahalaşırsa demək, həmin növ məhsulun qeyri-qanuni istehsalı, qaçaqmalçılığı, vergidən yayındırma yolu ilə bazara çıxarılması üçün münbit şərait yaranır.

Ona görə də aksiz dərəcələrini davamlı olaraq yüksəltmək məqsədəuyğun deyil və bunu, xüsusən də alqı-satqısı geniş xarakter daşıyan məhsullar üzrə nəzərə almaq vacib sayılır. Büdcə gəlirlərinin artırmaq üçün həyata keçirilən sözügedən siyasətin müəyyən bir həddi olmalı, bəzi nüanslar mütləq şəkildə nəzərə alınmalıdır.

Qeyd oluna bilər, Ümumdünya Səhiyyə Təşkilatı sözügedən məhsullar üzrə aksiz dərəcələrini 60-65%-ə çatdırmağı tövsiyə edir. Düzdür, ancaq bu, bazara tam nəzarət olunan şəraitdə mümkündür. Belə ki, davamlı və sürətli artım əks effekt yarada, gəlirləri azalda, qanunsuz və qeyri-normal rəqabət mühiti ortaya çıxara bilər.

Odur ki, alqı-satqı dövriyyəsi yüksək xarakter daşıyan məhsullar üzrə aksiz və vergi dərəcələrinin artırılması ümumi tənzimləyici iqtisadi siyasət kontekstindən kənara çıxmalı deyil. Minimal qiymət həddinin müəyyən və təsbit olunması də eyni çərçivədə baxılaraq, həll edilməli məsələ sayılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri