Icma.az
close
up
RU
Allah bizim əvəzimizə nə evlənən, nə də boşanan deyil Seyran Səxavət

Allah bizim əvəzimizə nə evlənən, nə də boşanan deyil Seyran Səxavət

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub. Belə ki, ölkədə evlənənlərin sayında azalma müşahidə olunub.     

Bəs buna səbəb nədir?                                           

Məsələylə bağlı Redaktor.az-a danışan yazıçı Seyran Səxavət bildirdi ki, gənclər evlənməmək üçün bəhanələr uydururlar. 

"Bu vəziyyət fakt olaraq ağırdır. Maddi, ev, ailə kimi məsələlər yan səbəblərdir. Düzdü, onların da təsiri var, amma bunların öhdəsindən gəlmək olar. Ancaq bəşəriyyət qocalır. Elə özümdən götürüm. Keçən əsrki mənlə, bu günki mən arasında çox fərq var. O Seyran Səxavət indikindən qat-qat insaflı idi. Yəni dünya da insan kimidir. Zaman keçdikcə, insanlar çox dəyişir. Hələ mən o vaxt demişdim ki, vaxt gələcək, ümumiyyətlə, ailə institutu olmayacaq. Elə küçə, bazar, park, ev, harada gəldi, adamlar görüşəcəklər. Gənclərin səbəb gətirdiyi maaş, ruzi, ev düzələndir. Əsas ortada istək olsun. Amma inanmıram ki, sevgi yoxdursa, düzələ. Çünki hər şeyi problem edirlər". 

Yazıçının sözlərinə görə, insanların hər hadisəni qisməti bağlaması yanlışdır.

"Bundan sonra vəziyyət bir az çətin həll olunar. Dünya qəddarlaşıb, müharibə, dava, qətliamlar baş alıb gedib. Beş günlük dünya üçün evlər dağılır, bombalanır, uşaqlar öldürülür. Vaxtilə bir suriyalı uşaq ölüm ayağında demişdi ki, gedirəm, amma Allaha hər şeyi danışacam. Mən inanıram ki, o uşaq gedib orada hər şeyi Allaha danışıb. Əslində belə kəlam var ki, Allah deyir, səndən hərəkət, məndən bərəkət. Allah bizim əvəzimizə nə gedib evlənən deyil nə də boşanan. Buna görə münasibətlərdə biraz ağılla hərəkət etmək lazımdır ki, evin ruzisini Allah versin".

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri