Icma.az
close
up
RU
Allahşükür Paşazadə: “Günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmalıdır” Yeni Çağ Media

Allahşükür Paşazadə: “Günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmalıdır” Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT-nın Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edib.

Yenicga.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. Forumda Şeyxülislam Allahşükür Paşazadə “Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda çıxış edib.

Şeyxülislam Allahşükür Paşazadə mötəbər forum iştirakçılarına Azərbaycan xalqının və Prezident, Zati-aliləri İlham Əliyev cənablarının səmimi salamlarını və ən xoş arzularını yetirib. BMT-nin Sivilizasiyalar Alyansının 20 illik fəaliyyəti ilə bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, beynəlxalq ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına xidmət edən mühüm beynəlxalq platforma olaraq özünü təsdiq etdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təbirilə, bu növ forumların fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirdiyini, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaratdığını xüsusi qeyd edib. Bildirib ki, Sivilizasiyalar Alyansının sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dəyərli səy və nailiyyətləri bizi ruhlandırır və yubiley Qlobal Forumunda gələcəyin Vahid Bəşəriyyət planının təqdimatını tarixi hadisə kimi dəyərləndirmək lazımdır.

Bu gün dünyanı narahat edən ən mühüm məsələlərdən birinin Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələr olduğunu bildirən Şeyxülislam A.Paşazadə günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələri, multikultural ənənələrə sadiq qalaraq bütün dinlərə məxsus abidələri – məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqları təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 26 Noyabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri