Icma.az
close
up
RU
Allahşükür Paşazadənin SSRİ də çəkilmiş nadir FOTOLARI

Allahşükür Paşazadənin SSRİ də çəkilmiş nadir FOTOLARI

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

SSRİ dövründə din xadimlərini çox az hallarda TV efirlərində görmək olardı. Bu baxımdan Qafqaz müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni və idarənin digər əməkdaşlarını televiziyada göstərmirdilər, onların fotoları çox məhdud dairədə nümayiş olunurdu. 

AzPost bildirir ki, SSRİ-nin rəsmi informasiya agentliklərinin arxivlərində belə fotolara rast gəlmək olur. SSRİ-nin əsas informasiya ruporları olan TASS (Sovet İttifaqı Teleqraf Agentliyi) və Xəbərlər Məlumat Agentliyinin foto bazasının internetdəki açıq mənbələrində maraqlı şəkillər var.

QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadənin sovet dövründəki fəaliyyəti əks olunan bəzi fotoları oxuculara təqdim edirik.

FOTO: Azərbaycan SSR. Bakı. 1986-cı il. Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstan Demokratik Respublikasının nümayəndə heyətini qarşılayır. Şəkil Təzəpir məscidində çəkilib. 

FOTO: Azərbaycan SSR. 1 iyun 1983-cü il. Əfqanıstan Demokratik Respublikasının Ali Üləmalar Şurasının sədri Məhəmməd Səid Əfqani QMİ sədri Allahşükür Paşazadə ilə. “Təzəpir” məscidində çəkilən bu fotoda Şeyxin yanında hazırda QMİ-nin Qazilər Şurasının üzvü olan hacı Sabir Həsənlidir.

FOTO: SSRİ. Moskva. 20 noyabr 1986-cı il. SSRİ Xarici İşlər Nazirliyində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür  Paşazadənin sovet və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı.

Mətbuat konfransı SSRİ-nin dini birliklər və kilsə rəhbərlərinin noyabrda keçirilən ənənvi görüşündən sonra təşkil olunub.

FOTO: QMİ sədri Allahşükür Paşazadə. 1 oktyabr 1985-ci il.

FOTO: Moskva. 1989-cu il. SSRİ Xalq Deputatları Qurultayının iclas zalı. SSRİ xalq deputatı Şeyxülislam Allahşükür Paşazadə din xadimi olan digər deputat həmkarları ilə.

FOTO: SSRİ. Moskva.1989-cu il. SSRİ Xalq Deputatları Qurultayının iclası. Azərbaycandan olan deputatlar: QMİ sədri Allahşükür Paşazadə, xalq artisti Həsən Turabov.

Azərbaycan SSR. Aprel.1986-cı il. Bakıda İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans. Şeyxülislam nümayəndə heyəti ilə görüşür.

FOTO: Azərbaycan SSR. 1986-cı il. Bakıda İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfransın Rəyasət Heyəti. Azərbaycan SSR Ali Sovetinin sədri Qurban Xəlilov və Şeyxulislam Allahşükür Paşazadə.

Qeyd edək ki, 1986-cı ilin oktyabrın 1-3-tarixlərində baş tutmuş bu beynəlxalq konfransda iştirak etmək üçün Bakıya 60 müsəlman ölkəsindən 600 nümayəndə gəlib. 3 gün ərzində davam edən bu konfrans SSRİ-nin ictimai həyatında mühüm hadisəyə çevrilib. Bu tədbir gənc şeyxülislam Allahşükür Paşazadənin özünün SSRİ-də yeni dini lider kimi təsdiqində də mühüm rol oynadı.

Müsəlman dünyasında böyük rezonansa səbəb olan bu konfrans özünün siyasi mesajları və bəyanatları ilə sovet müsəlmanlarının dünyadakı din qardaşları ilə həmrəyliyinin nümayişinə çevrilir.

Bakı konfransının iştirakçıları dünya müsəlmanlarına müraciət edərək birgə yaşayışı, sülhü dəstəkləyib, Əfqanıstan probleminin həlli yollarını açıq və gərgin diskussiya şəraitində müzakirə edib, Fələstin xalqına dəstəklərini bəyan edib.

Bakı konfransı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin xüsusi hesabatının hazırlamasına səbəb olub. ABŞ Dövlət Departamentinin 1987-ci ildə hazırladığı sənəddə təəssüflə qeyd olunurdu ki, Bakıda Əfqanıstanla bağlı müsəlman ölkələrinin parçalanmış mövqeyinə nail ola bilmədilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Yanvar 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri