Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Allergiya: qidadan, geyimdən, havadan...

Allergiya: qidadan, geyimdən, havadan...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mövsümi xəstəlik olan allergik səpmələr ən çox balacaları hədələyir

Yaz aylarında allergik xəstəliklərin tüğyan eləməsinin səbəbləri çoxdur. Ağacların çiçəklənməsi, tözlanması da bəzi sağlamlıq problemləri yarada bilir. Allergiyası olan insanlar adətən yaz aylarında astma simptomları, burunun tutulması, asqırma, öskürmə, göz qaşınması kimi problemlər yaşayırlar.

Bəzi insanlar zərərli olmayan maddələrə qarşı daha çox həssas olub, həddindən artıq reaksiya göstərir. Allergen deyilən bu maddələr immunitet sistemimizlə təmas edəndə zərərli olmadığı halda bədən ona qarşı böyük miqdarda qoruyucu maddə yaradır. Bu vəziyyətə allergiya deyilir.

Havanın çirklənməsi tənəffüs yollarına birbaşa təsir edən ən mühüm ekoloji risklərdən biridir. İşlənmiş qazlar, sənaye obyektlərindən buraxılan qazlar və tozlu hava astma tutmalarını şiddətləndirir, allergik reaksiyalara məruz qoyur. İqlim dəyişikliyinin allergik insanların sağlamlığına təsir etdiyi artıq bütün dünyada qəbul edilən vəziyyətdir. İqlim dəyişikliyi polen allergiyalarının çoxalmasının birbaşa səbəbidir. İqlimdəki dəyişikliklər rinit və astma kimi allergik xəstəliklərə ciddi təsir edir. Daha həssas olanlar isə uşaqlar, yaşlılar və astma, rinit kimi xəstəliklərdən əziyyət çəkənlərdir.

Habelə, istixana qazları astma və xroniki obstruktiv ağciyər xəstəliyi olan insanlarda tənəffüs problemləri yaradır, həmçinin vaxtından əvvəl ölümə və ağciyər funksiyasının zamanla itirilməsinə səbəb olur. Daşqın və şiddətli tufanlar nəticəsində binalar nəm çəkir, nəticədə kif əmələ gəlir. Bu da öz növbəsində allergik reaksiyalara səbəb olmaqdan əlavə, digər ağciyər xəstəliklərinə yol açır.

Allergik orqanizmlər qat-qat həssas olur. Bəzi insanlar allergik xəstəlikləri ağır keçirirlər. Uşaqlar bu xəstəliyə daha çox tutulan yaş qisminə aiddir. Allergik xəstələr daha çox anadangəlmə bu cür olsa da onlardan bəzisi gələcəkdə orqanizmini narahat edən maddələrə qarşı immunitet yarada bilir. Amma bir çox insan həyatının sonuna qədər bədənində problem yaradan maddələri ehtiva edən qidalar qəbul edə bilmir. Ətrafımızda anadangəlmə çiyələyə, güllərə, sitrus meyvələrinə, toz dənəciklərinə, yun paltarlara, hətta çörəyə belə allergiyası olan kifayət qədər uşaq var.

Məlumat üçün qeyd edək ki, hazırda insanların ən az 30 faizində allergik xərtəlik var. Allergiya genetik səbəblərə bağlı xəstəlikdir. Lakin tez-tez özünü büruzə verməsində ekoloji faktorların da təsiri çoxdur. Nə qədər çox allergik reaksiyalara məruz qalınsa allergik xəstəliklər də bir o qədər çox peyda olur. Bundan əlavə, mövsümlərin qeyri-normal keçməsi də allergiyanın ortaya çıxmasında əhəmiyyətli rol oynayır. Ekoloji problemlər indi hər mövsümə xarakterik allergik xəstəliklər də yaradıb.

Toz dənəcikləri, gözlə görülməyəcək qədər kiçik böcəklər, plastik tullantılar, kimyəvi təmizləmə vasitələri, ətirlər, ev heyvanların tükləri, günəş, kif göbələkləri, parazitlər, çirkli atmosfer, tullantılardan hazırlanmış ucuz paltarlar allergik xəstəlikləri meydana çıxaran əsas amillərdir. Bunlardan əlavə, bəzi “fast-food”ların tərkibindəkli kimyəvi elementlər, uşaq krakerləri və suxarılarının tərkibinə vurulmuş kimyəvi ədvalar, meyvə şirəsi kimi təqdim edilən rəngli sular, geni dəyişdirilmiş məhsullar, mövsümündən əvvəl yetişdirilən meyvələr də allergik problemlərə səbəb ola bilər.

Allergik xəstəliklər insan həyatını məhdudlaşdırır və həmin şəxsin işdəki, sosial həyatdakı performansına böyük təsir göstərir. Allergiya hətta ani ölümlə nəticələnə bilən təhlükəli bir xəstəlik kimi də xarakterizə edilir. Hər xəstəliyin əlaməti fərqlidir. Eyni allergik xəstəliklərdə rastlanan əlamətlər fərqli ola bilər, bu fərdə görə dəyişə bilir.

Erkən diaqnoz xəstəliyin müalicəsi və irəliləməsinin qarşısının alınması üçün çox əhəmiyyətlidir. Allergik xəstəliklərin təyini o qədər də çətin deyil. Bəzi zamanlar adi allergiyanı təhlükəli xəstəliyin əlaməti hesab edən həkimlər pasiyentin ağır yoluxucu xəstəlikdən əziyyət çəkdiyi qənaətinə də gəlirlər. Amma allergik səpkilərin səbəbinin dəqiq öyrənilməsi üçün pasiyentin bir neçə yüngül təhlil və test etdirməsi kifayətdir.

Pediatr Elnarə Quliyeva deyir ki, yaz və yay aylarında uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər allergik xəstəliklərdir: “Buna səbəb ağacların yaşıllaşması, dolayısı ilə tozlanma prosesinin başlanmasıdır. Nəticədə uşaqlarda daha çox dərinin və tənəffüs sistemlərinin allergik xəstəliklərinə rast gəlirik. Xəstəliyin qarşısını almaq üçün tədbirlər görürük, lazımlı müalicə təyin edirik. Amma qeyd etmək lazımdır ki, mövsümü xəstəliklərdə boldur və onların da qarşısı müxtəlif yollarla alınır. Ötən qış uşaqlar arasında kəskin respirator virus infeksiyalarının sayı artmışdı. Səbəb qışın qeyri-normal keçməsi və qarın yağmamasıdır. Amma indi ölkəmizdə uşaqlar arasında təhlükəli xəstəlik yoxdur”.

Qeyd edək ki, valideynlərin əksəriyyəti övladında məxmərək xəstəliyinin əlamətlərinə bənzər səpkilər aşkarladığını iddia edir. Amma səpkilər olan uşaqlardan analiz götürülərək həm ölkədaxıli, həm də ölkədənkənar referens laboratoriyaya göndərib. Müsahibimiz bildirir ki, səpkilərin böyük əksəriyyəti allergiyalardan bağlıdır. Amma səpən uşalqraın arasında qızılca olanlara da rast gəlinib.

Allergiyanın qarşısını almaq üçün əvvəlcə allergiyaya səbəb olan faktorları aradan qaldırmaq lazımdır. Bunun üçün uşaqlar üçün yun, heyvan tükü ehtiva edən yastıq və yorğanlar istifadə edilməməlidir. Tüklü oyuncaqlar yığışdırılmalıdır. Ev tozundan, görünməyən mikroblardan xilas olmaq üçün isə uşağın geyimlərinin gündəlik, yataq örtülərinin həftədə bir dəfə ən az 60 dərəcə isidilmiş suda yumaq lazımdır. Əgər allergiyanın səbəbi kifdirsə, otağının nəmi azaldılmalıdır. Poletilen əşyalara allergiyası olanlar isə təbii vasitələrlə təmasda olmalıdır. Quru və küləkli havalar da toza qarşı allergiyası olanlar üçün risk faktorudur. Günəşli havada çölə çıxan uşaqlara eynək və günlüyü olan papaq geydirmək vacibdir.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri