Yeni təyin olunan nazir bu suala görə işdən çıxarıldı
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus Krımın kimə məxsus olması ilə bağlı suala cavab verə bilmədiyi üçün qalmaqalla üzləşib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, nazir müsahibəsində bu mövzuya toxunmaqdan yayınaraq bildirib:
“Bu, provokasiya xarakterli sualdır, gəlin ona yaxınlaşmayaq. Biz indi Mədəniyyət Nazirliyi barədə danışırıq. Elə bir sərhəd var ki, onu keçməmək lazımdır. Burada da dayanmaq gərəkdir”.
Cəmi bir həftə əvvəl vəzifəyə təyin olunan Adomaviçyus tezliklə postundan uzaqlaşdırılıb. Baş nazir İnqa Ruginene qalmaqallı açıqlamadan sonra səbir kasasının dolduğunu qeyd edərək, onun dərhal vəzifədən kənarlaşdırılmasını tələb edib.
Hadisə Litva ictimaiyyətində və siyasi dairələrdə geniş rezonans doğurub, Krım məsələsinin Avropa ölkələri üçün həssas siyasi mövzu olaraq qaldığını bir daha ortaya qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 03 Oktyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















