“Alman Apteki”ndən şikayət
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Müştəriyəm, şikayətim var" qrupunda "Alman Apteki"nin fəaliyyəti ilə bağlı növbəti istehlakçı narazılığı gündəmə gəlib. Nuray Vahabova adlı sosial şəbəkə istifadəçisi həmin aptek şəbəkəsində ƏDV-nin qaytarılması mexanizmindən istifadə edə bilmədiyini və ciddi qiymət fərqi ilə qarşılaşdığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, əvvəllər adıçəkilən aptekdən alınan dərmanlara görə kassa çekləri üzrə ƏDV məbləği qaytarıldığı halda, son zamanlar tətbiqdə çekin pərakəndə ticarət və ya ictimai iaşə sahəsinə uyğun gəlmədiyi barədə xəbərdarlıq çıxır. Vətəndaş iddia edir ki, obyekt rəhbərliyi müştəri xüsusi olaraq tələb etmədikdə kassa çekini təqdim etməkdən boyun qaçırır və bununla da vergidən yayınmağa cəhd göstərir.
Müştəri, eyni zamanda aptekdəki dərmanların qiymət siyasətini də kəskin tənqid edib. O, xaricdə cəmi 10 avro dəyərində olan dərman vasitələrinin adıçəkilən aptekdə 200 manata satıldığını diqqətə çatdırıb. Sosial şəbəkə istifadəçiləri aidiyyəti dövlət qurumlarını apteklərdə kassa aparatlarının düzgün tətbiqinə və qiymət tənzimlənməsinə nəzarəti gücləndirməyə çağırıblar. pizza mizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Noyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















