Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış Şirkəti cərimələndi
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 111A ünvanında yerləşən “Dokta” MMC-yə məxsus aptekdə aparılan yoxlama zamanı bir sıra nöqsanlar üzə çıxıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı dərman vasitələrinin reseptsiz buraxılması faktları aşkar edilib.
Məlum olub ki, “Ademta 400 mq”, “Lopista H50 mq/ 12,5 mq”, “Eqiloq 25 mq”, “Unirizin” adlı dərman vasitələri resept əsasında satılmalı olduğu halda, alıcılara reseptsiz təqdim edilib. Bundan başqa, yoxlama nəticəsində “Myocron (50mg, 5ml)” adlı dərman vasitəsinin saxlama şəraitinin pozulduğu da aşkar olunub.
Hər iki fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə “Dokta” MMC inzibati qaydada cərimələnib.
Qeyd edək ki, “Dokta” MMC-nin millət vəkili Cavanşir Feyziyevə məxsus olmasına dair mətbuatda kifayət qədər materiallara rast gəlmək mümkündür. Araşdırmalar nəticəsində də sözügedən şirkətin deputata məxsus olduğu faktı daha öncə aşkarlanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 23 Oktyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















