Icma.az
close
up
RU
Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm binalar

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm binalar

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İkinci Dünya müharibəsi Azərbaycanın kollektiv yaddaşında əsasən neft, cəbhəyə yollanan yüz minlərlə insan və arxa cəbhənin ağır zəhməti ilə qalıb. SSRİ-nin əsas enerji bazası olan Bakı müharibənin taleyini müəyyənləşdirən şəhərlərdən biri idi. Sovet ordusunun istifadə etdiyi yanacağın böyük hissəsi məhz Azərbaycan neftindən gəlirdi. Bu səbəbdən Hitler Almaniyasının Qafqaz planlarında Bakının xüsusi yeri vardı.
Müharibə bitdikdən sonra isə şəhər başqa bir paradoksal tarix yaşadı, bir zamanlar Bakını ələ keçirmək istəyən ölkənin əsgərləri həmin şəhərin tikintisində işləməyə başladılar. SSRİ-yə gətirilən alman əsirləri müxtəlif respublikalarda olduğu kimi Bakıda da böyük tikinti layihələrinə cəlb olundular.
Tanınmış memar Elçin Əliyev Modern.az-a açıqlamasında bildirib ki, 1940-60-cı illərdə Bakıda tikilən binaların böyük hissəsində alman əsirlərinin əməyi olub:
“Xüsusilə mərkəzi hissədəki monumental tikililərin əksəriyyətində onların iştirakı var idi. Almanlar tikintidə çox dəqiq və keyfiyyətli işləyirdilər. O binalar bu gün də öz keyfiyyəti ilə seçilir və düşünürəm ki, hələ bir neçə yüz il də əzəmətini qoruyacaq”.
Bu gün paytaxtın memarlıq simvoluna çevrilən bir sıra binalarda həmin iz qalır. Hökumət evi, Milli Kitabxana və “Saatlı bina” bura nümunədir...

Bakının mərkəzində, Azadlıq meydanının fonunda yüksələn Hökumət evi şəhərin ən monumental tikililərindən biridir. Binaya uzaqdan baxanda ilk hiss olunan şey onun insanı “kiçiltmək” üçün düşünülmüş miqyasıdır. Stalin dövrü memarlığının əsas xüsusiyyətlərindən biri məhz bu idi, dövlət fərddən daha böyük görünməli idi.
Layihənin müəllifləri məşhur sovet memarları Lev Rudnev və Vladimir Munts idi. Rudnev Moskva Dövlət Universitetinin əsas binasının müəllifi kimi də tanınırdı və onun memarlıq fəlsəfəsində imperiya miqyası xüsusi yer tuturdu.
Memar Elçin Əliyevin sözlərinə görə, Hökumət evinin tikintisinə hələ 1939-cu ildə başlanılıb. Lakin İkinci Dünya müharibəsi tikintinin uzanmasına səbəb olub:
“Binanın tam formalaşması və tamamlanması 1960-cı illərə qədər çəkdi. Bu gün gördüyümüz əzəmətli görünüşdə alman əsirlərinin əməyinin böyük payı var”.
Binanın fasadında klassik Avropa memarlığı ilə sovet monumentalizmi qarışır. Ağır sütunlar, ritmik pəncərə düzülüşü, simmetrik kompozisiya və daş ornamentlər binaya həm inzibati sərtlik, həm də aristokratik görünüş verir.
Tikintidə istifadə olunan açıq rəngli əhəng daşı günəş işığında binaya xüsusi parlaqlıq verir. Günün müxtəlif saatlarında fasadın rəngi dəyişirmiş kimi görünür: səhərlər daha yumşaq krem tonları hiss olunur, axşamüstü isə bina boz-qızılı çalara keçir.
Maraqlı detal isə binanın tikintisi ilə bağlı xalq arasında dolaşan məşhur rəvayətdir. Deyilənə görə, alman ustalar istifadə ediləcək bütün alətləri və tikinti materiallarını siyahı şəklində SSRİ rəhbərliyinə təqdim edirmişlər. Lakin klassik sovet bürokratiyası və yeyintilər səbəbindən materialların bir hissəsi tikintiyə çatmırmış. Bir müddət sonra alman fəhlələr etiraz edərək bildiriblər ki, siyahıda nə yazılıbsa, hamısı gətirilməlidir, əks halda binanın tikintisini davam etdirməyəcəklər. Bu əhvalat illərdir Bakıda “alman dəqiqliyi”nin simvolu kimi danışılır.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası Bakının ən zərif monumental tikililərindən sayılır. Əgər Hökumət evi gücü təcəssüm etdirirsə, Milli Kitabxana daha çox intellekti və mədəniyyət ideyasını simvollaşdırır.
Binanın fasadına diqqətlə baxdıqda onun klassik Avropa kitabxana memarlığından təsirləndiyi görünür. Hündür sütunlar, geniş pilləkənlər və fasaddakı heykəltəraşlıq elementləri tikiliyə qədim akademik müəssisə ab-havası verir.
Fasadın ritmik quruluşu da diqqət çəkir. Pəncərələr elə yerləşdirilib ki, bina həm ağır monumental görünür, həm də daxilində işıq hissi yaradır. İçəri daxil olduqda yüksək tavanlar və geniş oxu zalları insanı sovet dövrünün “böyük məkan” estetikasına aparır.
Binanın daxili interyerində mərmər elementlər, klassik çilçıraqlar və simmetrik planlaşdırma xüsusi atmosfer yaradır. 

Nərimanov rayonundakı məşhur “Saatlı bina” sovet yaşayış memarlığının Bakıdakı ən yaddaqalan nümunələrindən biridir. Bu bina monumental dövlət tikililərindən fərqli olaraq daha “şəhər həyatı” ruhu daşıyır.
Binanın əsas simvolu onun üst hissəsində yerləşən böyük saatdır. Uzun illər həmin saat ərazi sakinləri üçün orientir rolunu oynayıb. “Saatın altında görüşərik” ifadəsi bir dövr Bakısının şəhər folkloruna çevrilmişdi.
Tikilinin memarlığında Stalin ampiri üslubu açıq hiss olunur. Bu üslub gündəlik həyata dəbdəbə qatmağı hədəfləyirdi. Hündür tavanlar, geniş pəncərələr, iri eyvanlar və fasaddakı dekorativ işləmələr həmin estetikanın nümunəsidir.
Memar Elçin Əliyev bildirir ki, “Montin” kimi tanınan bu ərazidəki bir çox yaşayış binası da məhz alman əsirləri tərəfindən tikilib:
“Həmin tikililərin keyfiyyəti bu gün də hiss olunur. Divarların qalınlığı, daş işləmələri, planlama hamısı yüksək səviyyədə idi”.
Binanın künc hissələrinin yumru həll olunması ona yumşaqlıq verir. Bu detal klassik Avropa şəhər memarlığını xatırladır. Axşam işıqları altında bina xüsusilə kino dekorasiyasını xatırladan görüntü yaradır.

Tarixin ironiyası ondadır ki, bir vaxtlar Bakını ələ keçirmək istəyən ordunun əsgərləri sonradan həmin şəhərin ən gözəl tikililərinin inşasında işlədilər. Bu binalar ona görə füsunkardır ki, onlar XX əsrin faciə və paradokslarını öz divarlarında daşıya bilirlər. Bəlkə də Bakı memarlığının ən qəribə tərəfi elə budur, şəhər ən ağır dövrlərin izini belə estetikaya çevirə bilib. Eyni ilə insanları kimi...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri