Icma.az
close
up
RU
Alman preparatlarının idxalı dayandırıla bilər Dərman böhranı yaranacaq?

Alman preparatlarının idxalı dayandırıla bilər Dərman böhranı yaranacaq?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanda Almaniyanın "Biologische Heilmittel Heel GmbH" əczaçılıq şirkətinə məxsus dərman vasitələrinin təchizatında problem yaranıb. Bir sıra preparatların ehtiyatları tükənmək üzrədir, onlarla dərmanın isə idxalının davam etdirilməsi sual altındadır.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan əczaçılıq bazarında uzun illərdir geniş istifadə olunan və minlərlə pasiyentin müalicəsində mühüm rol oynayan Almaniyanın məşhur "Heel" əczaçılıq firmasının preparatlarının idxalında böyük böhran yaranıb.

Belə ki, son illərdə dərmanların istehsal olunduğu Almaniyada xammal, enerji və logistika xərclərinin artması məhsulların maya dəyərini əhəmiyyətli dərəcədə yüksəldib. Eyni zamanda, 2016-cı ildən etibarən, yəni son 10 il ərzində istehsalçı şirkətlər inflyasiya ilə əlaqədar qiymətlərini 30%-dən çox artırıblar.

Buna baxmayaraq, Azərbaycanda dərmanların qiymətləri hələ də 2016-cı ildə Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında tənzimlənir. Nəticədə, idxalçı şirkət həmin preparatları mövcud qiymətlərlə ölkəyə gətirərkən birbaşa maliyyə zərəri ilə üzləşir.

Qiymətlərdə və tənzimləmə mexanizmlərində operativ dəyişikliklər həyata keçirilməsə, şirkətin həmin preparatların Azərbaycan bazarı üçün təminatını davam etdirməsi iqtisadi baxımdan qeyri-mümkün olacaq.

Qeyd edək ki, sözügedən firmanın 21 dərman preparatının istehsalı 2016-cı ildə Tarif Şurası tərəfindən qiymətlər müəyyən edildikdən sonra iqtisadi baxımdan sərfəli olmadığı üçün dayandırılıb və həmin preparatlar tədricən Azərbaycan bazarından çıxmağa başlayıb. Həmin preparatların dövlət qeydiyyatı vəsiqələrinin müddəti bitib və yenidən qeydiyyatdan keçirilməyib. Altı preparatın da dövlət qeydiyyatı vəsiqələrinin müddəti başa çatıb və onlar yenidən qeydiyyatdan keçirilməyib.

Hazırda bu dərmanların apteklərdə satışı distribütorun anbarında qalan məhdud ehtiyatlar hesabına həyata keçirilir. Daha 36 preparatın isə dövlət qeydiyyatı qüvvədə olsa da, onların gələcəkdə ölkəyə gətirilməsi böyük sual altındadır.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı yerli sahibkarlar tərəfindən də Tarif Şurasına müraciət olunub.

Məsələ ilə bağlı tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla bildirib ki, "Biologische Heilmittel Heel GmbH" əczaçılıq şirkəti homeopatik dərmanlar istehsal elədiyinə görə həmin preparatlar Ümumdünya Səhiyyə Təşkilatının ümumi dövlət reyestrinə daxil deyil:

"Homeopatik dərmanlar, ümumiyyətlə, dərman hesab edilmir. Bunu Tarif Şurasının tənzimləməsi də düzgün deyil. Onlar akademik təbabət tərəfindən əlavə vasitə kimi qəbul edilir. Hesab edirəm ki, bu dərmanlardan asılı olan xəstələr bunu özləri həll etməlidirlər. Azərbaycan dövləti, dövlətin müəyyən qrupları və kommersiya şirkətləri akademik təbabətin tanıdığı müxtəlif preparatlardan məhsuldurlar. "Biologische Heilmittel Heel GmbH" əczaçılıq şirkətinin homepatik dərmanları ölkəyə daxil olarkən tərkibi, keyfiyyət parametrləri yoxlansa da, sözügedən vasitələr müalicə prosesində kliniki protokollara daxil deyil. Konkret müalicə vasitəsi olmadığına görə də idxalın dayandırılması hər hansı problemlə nəticələnməyəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri