Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq.
Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayhe bildirib.
Bu, Yaxın Şərqdəki eskalasiyanın və Rusiya-Ukrayna münaqişəsinin nəticələri fonunda G7 tərəfindən dəstəklənən təşəbbüsə Avropa ölkələri arasında ən böyük töhfə olacaq.
"Əvvəlcə dizel və soba yanacağı, sonra isə xam neft buraxılacaq", - Rayhe bildirib və əlavə edib ki, Almaniya G7 razılaşmalarını tam həcmdə yerinə yetirəcək.
Beynəlxalq Enerji Agentliyi (IEA) oktyabrın 7-də fövqəladə ehtiyatlardan 100 milyon barelə yaxın neft və neft məhsullarının sürətləndirilmiş qaydada buraxılmasını razılaşdırıb. Nəqliyyat, kənd təsərrüfatı və sənaye üçün mühüm əhəmiyyət daşıyan dizel yanacağına üstünlük veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 Oktyabr 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















