Zidan Fransa millisinin heyətini açıqladı: Mbappe qayıtdı, sürpriz debütant var
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasında İtaliya və Türkiyəyə qarşı keçiriləcək noyabr oyunları üçün heyəti açıqlayıb.
İdman.Biz xəbər verir ki, 23 futbolçunun yer aldığı siyahıda əsas yenilik “Paris” klubunun yarımmüdafiəçisi Pablo Pajisin ilk dəfə əsas milliyə dəvət almasıdır. O, zədəli Manyes Akliuşu əvəzləyib.
Kilian Mbappe, İbrahima Konate və Orelyen Tçuameni yenidən milliyə qayıdıblar. “İnter”in hücumçusu Markus Türam da Zidanın seçiminə daxil edilib.
Qiyom Rest, Andi Diuf, Jeremi Jake, Leni Yoro və Lukas Da Kunya isə əvvəlki toplanışdan sonra heyətdəki yerlərini qoruyublar.
Fransa millisinin heyəti:
Qapıçılar: Mayk Menyan, Qiyom Rest, Robin Risser.
Müdafiəçilər: Andi Diuf, Malo Qusto, Jeremi Jake, Pyer Kalulu, İbrahima Konate, Adrien Trüffer, Dayo Upamekano, Leni Yoro.
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Rayan Şerki, Lukas Da Kunya, Adrien Rabio, Orelyen Tçuameni, Uorren Zair-Emeri.
Hücumçular: Bredli Barkola, Dezire Due, Kilian Mbappe, Maykl Olise, Pablo Pajis, Markus Türam.
Fransa millisi noyabrın 12-də Milanda İtaliyanın qonağı olacaq, ayın 15-də isə Bordoda Türkiyəni qəbul edəcək.
Zidanın komandası A Liqasının birinci qrupunda keçirdiyi dörd oyundan 10 xal toplayıb. Fransa yığmasına 1/4 finala vəsiqəni təmin etmək üçün daha bir xal kifayətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Noyabr 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















