Almaniya futbolu tarixində ilk yaşandı Bunu yalnız 3 cü Bundesliqa klubu bacar
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Almaniya futbolunda ölkə kubokunun 1/4 final oyunları baş tutub.
Fanat.Az xəbər verir ki, bu görüşlərin birində “Arminiya” “Verder”ə 2:1 hesabı ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib.
Bununla da klub Almaniya futbolunda ilkə imza atıb. Məsələ burasındadır ki, Almaniya çempionatının üçüncü liqasında çıxış edən “Arminiya” ardıcıl dördüncü dəfə Bundesliqadan bir klubu ölkə kubokundan kənarlaşdırıb. "Squawka"-nın məlumatına görə, alman futbolunun ən yaxşı iki liqasında olmayan hansısa komanda daha güclü rəqiblərə qarşı kubok matçlarında bu qədər uğurlu ola bilməyib.
Qeyd edək ki, "Arminiya" Almaniya 3-cü Bundesliqasında 25 turdan sonra 40 xalla 4-cü yerdədir və liderdən 8 xal geri qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 26 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















