Icma.az
close
up
RU
Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz geriləyib

Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz geriləyib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 22 avqust, AZƏRTAC

Almaniya iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki proqnozdan daha çox azalma ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, Federal Statistika İdarəsinin hesabatında ümumi daxili məhsulun əvvəlki rüblə müqayisədə 0,3 faiz azaldığı qeyd olunub. İlkin hesablamalarda isə cəmi 0,1 faizlik daralma gözlənilirdi.

Geriləmənin əsas səbəbi sənaye istehsalının gözləniləndən zəif inkişaf etməsi olub. Dövlət və özəl istehlak artsa da, tikinti, maşın və avtomobil istehsalına qoyulan sərmayələr kəskin şəkildə azalıb.

Xarici ticarətdə də mənfi tendensiya qeydə alınıb. ABŞ-ın qeyri-sabit ticarət siyasəti və avqustun 7-dən qüvvəyə minən 15 faizlik yeni rüsumlar Almaniyanın ixracyönümlü sənayesinə mənfi təsir göstərib. Nəticədə bir çox şirkətlər ABŞ və Çin bazarlarında satışların azalması ilə üzləşib.

Qeyd edək ki, ilin ilk üç ayında Almaniya iqtisadiyyatı 0,3 faizlik artım nümayiş etdirmişdi. Bu göstərici ABŞ-ın əvvəlki gömrük təhdidləri fonunda bəzi şirkətlərin müqavilələri qabağa çəkməsi ilə bağlı olmuşdu.

Qlobal ticarət perspektivlərinin zəifliyi, sifarişlərin azlığı və digər amillərlə əlaqədar ölkə iqtisadiyyatında üçüncü rübdə də artım gözlənilmir. Dövlətin müdafiə və infrastruktur layihələrinə ayırdığı sərmayənin 2026-cı ildən iqtisadiyyata ciddi təsir göstərəcəyi proqnozlaşdırılır. Ən son proqnozlara əsasən, Almaniya iqtisadiyyatı 2025-ci ildə maksimum 0,3 faiz artım əldə edə biləcək. 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri