“Öz otağımın elektrikini də kəsərəm”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İstehsalın dayanmaması üçün öz otağımın elektrikini də kəsərəm”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian Tehranda qatıldığı tədbirdə səsləndirib.
Pezeşkian sənaye və istehsal sahələrində işlərin heç bir halda zəifləməsinə və ya dayanmasına icazə verməyəcəklərini bəyan edib.
İran dövlət başçısı ölkədə iqtisadi dinamikanın qorunmasının prioritet olduğunu vurğulayıb. O bildirib ki, istehsal təkərlərinin fırlanmasını təmin etmək üçün lazım gələrsə, öz iş otağındakı elektrik enerjisini kəsdirər və istiliyi minimuma endirər. Prezident müəssisələrin su, qaz və elektrik təchizatının kəsilməməsi üçün bütün imkanların səfərbər ediləcəyini qeyd edib.
Qeyd edək ki, son zamanlar İranda ardıcıl elektrik kəsintilərinin əsas səbəbi istilik elektrik stansiyalarına kifayət qədər yanacaq verilməməsidir. Ölkənin elektrik istehsalının 86 faizindən çoxunu təşkil edən bu stansiyalara təbii qaz təchizatının zəifləməsi və maye yanacaq ehtiyatlarının tüknməsi istehsala mənfi təsir göstərir.
Soyuq havaların düşməsi ilə evlərdə qaz sərfiyyatının artması elektrik stansiyalarının payını daha da azaldır. Paytaxt Tehranda hər iki gündən bir iki saatlıq elektrik kəsintiləri tətbiq olunur. Bütövlükdə enerji infrastrukturanın yetərincə yenilənməməsi və müharibə şəraitində ötürmə xətlərinə dəyən ziyan ölkədəki enerji problemini daha da dərinləşdirir.
Baxış sayı:105
Bu xəbər 04 Noyabr 2026 05:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















