Almaniya kansleri AÇIQLADI: Ukrayna ərazi güzəştlərini qəbul edir
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ukrayna artıq ərazi güzəştlərini qəbul etməyə hazırdır".
Bakıvaxtı.az xəbər "LeMonde.fr" ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib. "LeMonde"un mənbələrinə görə, Kiyev Donbasda silahsızlaşdırılmış zonanın yaradılmasına razılıq verərək ABŞ və Rusiya ilə danışıqların əsas məqamlarından birində güzəştə gedir. Avropa tərəfindən dəstəklənən bu güzəşt, təxminən dörd illik müharibəyə son qoymağı hədəfləyir.
Bu güzəşt Ukrayna prezidenti V.Zelenski tərəfindən hazırlanmış və çərşənbə axşamı Donald Trampa göndərilən yenidən işlənmiş Amerika "sülh planı"na daxil edilib. Fridrix Merts etiraf edib ki, bu təklifin hazırlanmasında Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Almaniya kansleri iştirak ediblər.
Kiyevin fikrincə, bu silahsızlaşdırılmış zona Donbasdakı hazırkı cəbhə xəttinin hər iki tərəfindəki Ukrayna və Rusiya qüvvələrinin geri çəkilməsinə səbəb olacaq. 2014-cü ildən bəri Rusiyanın hədəfində olan məlum strateji bölgə, Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün ABŞ da daxil olmaqla beynəlxalq qüvvələrin nəzarətində olacaq.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 12 Dekabr 2025 07:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















