Almaniya prokurorluğu gənc neonasistləri qaçqınlara qarşı hücumlar hazırlamaqda ittiham edib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, Almaniyanın Federal Prokurorluğu “Son Müdafiə Dalğası” (Letzte Verteidigungswelle) adlı ultra-sağçı terrorçu qurupun yeddi ehtimal olunan üzvü və bir tərəfdarına qarşı rəsmi ittihamlar irəli sürüb.
İş materiallarına əsasən, ittiham aktı Hamburq Ali Bölgə Məhkəməsinin dövlət təhlükəsizliyi üzrə senatına təqdim edilib. Bu barədə "Bild" nəşri məlumat yayıb. İttiham olunanlar 15–21 yaş aralığında olan səkkiz gənc kişidir. Onlara terror təşkilatında iştirak və ya ona yardım, qəsdən adam öldürməyə cəhd, qətl hazırlığı, eləcə də ağır bədən xəsarəti yetirmə maddələri ilə ittiham irəli sürülür.
Daha əvvəl Almaniya KİV-i istintaq zamanı həm həyata keçirilmiş, həm də hazırlanmış hücumların, o cümlədən qaçqınların yerləşdirilməsi ilə bağlı obyektlərə yönəlmiş hücumların aşkarlandığını bildirmişdi.
Prokurorluğun məlumatına görə, qrup özünü “alman millətinin” müdafiəsi üçün “son instansiya” kimi təqdim edirdi.
İstintaq müəyyən edib ki, “Son Müdafiə Dalğası”nın üzvləri miqrantlara və siyasi opponentlərə qarşı zorakılıq yolu ilə demokratik quruluşun sarsıdılmasını hədəfləyiblər. Xüsusilə, qaçqın sığınacaqlarına və solçu hərəkatlarla əlaqəli obyektlərə qarşı yanğınlar törətmək və partlayıcı maddələrdən istifadə etməklə hücumlar müzakirə olunub.
2025-ci ilin mayında hüquq-mühafizə orqanları bir sıra saxlamalar və axtarışlar həyata keçirib. Meklenburq–Ön Pomeraniya, Brandenburq və Hessen federal ərazilərində beş şübhəli saxlanılıb. Saksoniya və Türingiya da daxil olmaqla ümumilikdə 13 məkanda axtarış aparılıb. Daha üç iştirakçı isə həmin vaxta qədər artıq həbsdə olub.
İstintaq materiallarına görə, qrup 2024-cü ilin aprelində Meklenburq–Ön Pomeraniyada yaradılıb. Müstəntiqlərin fikrincə, rəhbər rolu "WhatsApp" messencerində bir neçə çat qrupunu idarə edən iki gənc oynayıb. Araşdırmaya əsasən, yeni üzvlərin seçimi hüquq pozuntularında iştirak etməyi, o cümlədən nasist simvollarının çəkilməsini və yanğınların törədilməsini nəzərdə tutub. Yazışmalarda hücumların hazırlanması, ideologiya və “sağ qalma” üzrə təlimlər müzakirə olunub.
İttiham aktında qeyd edilir ki, çatlarda əcnəbilərə və siyasi rəqiblərə qarşı zorakılığa çağırışlar, həmçinin bıçaqlardan, siqnal silahlarından və özəl hazırlanmış vasitələrdən istifadə məsələləri yer alıb. Qrupun simvolu “LVW” abreviaturası ilə "Vaffen-SS" kəlləsi olub. Mesajlarda mütəmadi olaraq nasist şüarları və təsvirlərdən istifadə edilib.
Prokurorluq qurupun fəaliyyəti ilə üç epizodu əlaqələndirir: Brandenburqun Altdöbern şəhərində mədəniyyət mərkəzinin yandırılması, Türingiyanın Şmelln şəhərində sığınacaq axtaranlar üçün məskunlaşmış yataqxanaya uğursuz hücum cəhdi, həmçinin Zenftenberqdə qaçqınların yerləşdirildiyi obyektə hücumun hazırlanması. Bu epizodlardan ikisini Baş Prokurorluq qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib.
İndi Hamburq Ali Bölgə Məhkəməsi işin məhkəmə baxışına verilib-verilməyəcəyinə və prosesin hansı müddətdə başlanacağına qərar verməlidir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















