Icma.az
close
up
RU
Sərhədlər bu vaxt açılacaq

Sərhədlər bu vaxt açılacaq

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə ilə Ermənistan arasındakı münasibətlər uzun illərdir ki, regional proseslərin təsiri altında formalaşıb. Bu münasibətlərin ən həssas və diqqət çəkən məqamlarından biri də iki ölkə arasındakı quru sərhədinin bağlı qalmasıdır. Bəs iki ölkə arasında sərhədlər hansı şərtlə açıla bilər?

Politoloq Elşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistanla Türkiyə arasındakı sərhəd Ermənistanın bizim torpaqları işğal etməsindən sonra Azərbaycanın tələbi ilə Türkiyə tərəfindən bağlanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də xarici işlər naziri Hakan Fidan açıq şəkildə bildiriblər ki, Türkiyə–Ermənistan sərhədlərinin açılması Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasından sonra mümkün olacaq:

“Normallaşma istiqamətində artıq mühüm addımlar atılıb. Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Eyni zamanda “Tramp marşrutu” kimi tanınan nəqliyyat xəttinin, yəni Zəngəzur dəhlizi üzrə kommunikasiya yolunun açılması ilə bağlı razılaşma əldə olunub. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edib və sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edib. Hazırda yalnız bir əsas şərt qalır ki, Ermənistan öz Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməlidir. Bu məsələ Azərbaycan tərəfindən açıq şəkildə gündəmə gətirilib. Görünən odur ki, Ermənistan tərəfi bu tələbi artıq ciddiyə alır, müəyyən dəyişikliklər də edilib. Lakin Konstitusiyaya dəyişiklik üçün referendum tələb olunur və ehtimal edilir ki, bu proses gələn il seçkilərdən sonra həyata keçiriləcək. Bununla belə, “yeni Ermənistan”ın Konstitusiyası üzərində iş gedir, xüsusi komissiya yaradılıb və Ədliyyə Nazirinin bildirdiyinə görə, yeni Konstitusiyanın əsas müddəaları mart ayına qədər hazır olacaq”.

Politoloqun sözlərinə görə, Ermənistan bu tələbi yerinə yetirdikdən sonra, Azərbaycanın bəyan etdiyi kimi, kommunikasiyalar açılacaq və ondan sonra Türkiyənin də Ermənistanla sərhədləri açacağı gözlənilir:

“Artıq bu gün Azərbaycanla Ermənistan arasında münasibətlər xeyli yaxşılaşıb. Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələdə olub, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılıb. Eyni zamanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşılıqlı səfərlər ediblər. Bundan əlavə, bu gün Azərbaycandan Ermənistana 22 vaqon A-95 markalı benzin göndərilir. Yanacaq dünya bazar qiymətləri ilə, heç bir güzəşt edilmədən tədarük olunur. Bütün bunlar göstərir ki, münasibətlər tədricən normallaşma mərhələsinə keçir. Nəticə etibarilə, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra Azərbaycanın və Türkiyənin Ermənistanla sərhədləri açacağı və regionda vəziyyətin tam şəkildə normallaşacağı gözlənilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Dekabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri