Icma.az
close
up
RU
Elektron siqaretlərə qadağa ilə bağlı bütün SUALLARA CAVAB

Elektron siqaretlərə qadağa ilə bağlı bütün SUALLARA CAVAB

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin 01 fevral 2026-cı il tarixindən etibarən qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırda ictimai müzakirə mövzusudur.

Müşahidələr göstərir ki, ictimaiyyətin böyük əksəriyyəti qanun layihəsini dəstəkləyir və bu qərarı gələcək nəsillərin sağlamlığının qorunması, xüsusilə yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması baxımından mühüm və zəruri addım kimi qiymətləndirir.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili qanun layihəsi ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirib:

- Qadağa əvəzinə tənzimləmə mexanizminin tətbiqi mümkündürmü?

- Beynəlxalq təcrübədə həm qadağa, həm də tənzimləmə mexanizmlərindən istifadə olunur. Lakin tənzimləmə siyasəti, bir qayda olaraq, konkret məhsulun potensial faydasını artırmaq və mövcud risklərini minimuma endirmək məqsədi daşıyır. Elektron siqaretlər üçün “az zərərli” alternativ anlayışı elmi cəhətdən sübuta yetirilməmiş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rədd edilmişdir. Bu məhsullar, xüsusən də yeniyetmələr arasında nikotin asılılığının qapısını açır, nəfəs yollarına zərərli təsir göstərir və onlardan istifadənin uzunmüddətli sağlamlıq nəticələri isə qorxuc ola bilər. Belə bir kontekstdə tənzimləmə (məsələn, vergi, yaş məhdudiyyəti) riski aradan qaldırmır, yalnız qanuniləşdirir. Qadağa isə məhz məqsədyönlü, riskin mənbəyini birdəfəlik aradan qaldırmaq üçün ən effektiv yol kimi qəbul edilmişdir. Bir çox ölkələr (46 ölkə) də bu yolu seçmişdir.

- Qanun layihəsinin sahibkarlıq subyektlərinə və mövcud iş yerlərinə təsiri necə olacaq?

İş yerlərinin və investisiyaların qorunması mühüm iqtisadi prinsipdir. Lakin, gələcək nəslin sağlamlığı dövlət siyasətində ən üst prioritet olmalıdır. Nəticəsi qorxunc ola biləcək kimyəvi qarışıqların buxarlarının qəbul olunmasının yaratdığı sosial-iqtisadi xərclər (sağlamlıq xərcləri, əmək qabiliyyətinin itirilməsi, erkən ölümlər) heç bir sahibkarın qazancı ilə müqayisə edilə bilməz. Dövlət, bu sektorda fəaliyyət göstərən sahibkarlara alternativ biznes sahələrinə keçid üçün müəyyən kömək (məlumatlandırma, digər sahələrə yönəlməkdə dəstək) göstərmək nəzərdən keçirə bilər. Bununla belə, əsas məsuliyyət cəmiyyət qarşısında həm də sahibkarlara aiddir – onların gələcək nəslin sağlamlığını öz mənfəətlərindən üstün tutacağına inamımız tamdır.

- Hazırda anbarlarda mövcud olan və sifariş əsasında yolda olan məhsullarla bağlı hansı tədbirlər görüləcək?

- Qanun layihəsində qadağanın 01 fevral 2026-cı il tarixindən qüvvəyə minməsi məhz bu məsələlərin müəyyən qədər nəzərə alınması məqsədi daşıyır. Bu müddət həm də sahibkarlara mövcud ehtiyatları idarə etmək (məsələn, onları geri qaytarmaq, ləğv etmək), iş modellərini yenidən nəzərdən keçirmək və işçilərin yenidən ixtisaslandırılması üçün vaxt verməyi nəzərdə tutur.

Qeyd edim ki, elektron siqaretlərin qadağan olunması ilə bağlı təşəbbüs hələ 2024-cü ildə Milli Məclisdə irəli sürülmüşdür. Bu baxımdan sahibkarlıq subyektlərinə fəaliyyətlərini uyğunlaşdırmaq üçün dahq əvvəldən keçid dövrü mesajı verilmişdi.

Bəzi sahibkarlar tərəfindən qadağa müddətinin uzadılması və beləliklə də anbarlarda olan məhsulların daha çox satılmasına şərait yaradılması il bağlı təkliflər səsləndirilir. Lakin aydındır ki, bu yanaşma elektron siqaretlərin ölkə daxilində daha geniş yayılmasına və nəticə etibarilə daha çox gəncin zərərli kimyəvi maddələrin təsirinə məruz qalmasına şərait yarada bilər. Amma eyni zamanda, hesab edirəm ki, sahibkarların maliyyə öhdəliklərini nəzərə alaraq bu məsələdə sahibkarlara müəyyən dəstək mexanizmləri də təklif etmək mümkün olacaqdır.  

Bu kontekstdə seçim aydındır: anbarlarda mövcud olan məhsulların iqtisadi dəyəri ilə gələcək nəsillərin sağlamlığı arasında prioritet müəyyən edilməlidir. Sahibkarlıq subyektlərinin də cəmiyyət qarşısında sosial məsuliyyəti mövcuddur. Azərbaycan sahibkarları hər zaman vətənpərvərlikləri və yüksək sosial məsuliyyətləri ilə seçilmişlər. Əminliklə demək olar ki, belə bir seçim qarşısında onlar gələcək nəsillərin sağlamlığını qısamüddətli iqtisadi maraqlardan üstün tutacaqlar.

- Qanun layihəsi siqaret istehsalçılarının mənafeyinə xidmət edir? 

- Təqribi hesablamalara görə Azərbaycana 1 il ərzində 1.5 milyon ədədə yaxın elektron siqaret idxal edilir. 1 il ərzində isə ölkədə 14 milyard ədəd siqaret isə istehlak olunur. Elektron siqaretlər Azərbaycanda istehsal edilən siqaretlərin 0.01%-ni təşkil edir. Belə kiçik bir pay ilə elektron siqaretlər klassik siqaretlərə hər hansı bir rəqabət yaratmır. Demək ki, hətta nəzəri olaraq belə bu iddia doğru ola bilməz. Praktikada isə Azərbaycanda qəbul edilən hər bir qanunvericilik aktı yalnız dövlətə və xalqa xidmət etmək üçün qəbul edilir. Və bu həmişə belə olub.

Beləliklə, əminliklə demək olar ki, bu təşəbbüs, Azərbaycanın gələcək nəsillərinin sağlamlığını və rifahını qorumaq istəyinin güclü ifadəsidir. O, elmi məlumatlara, beynəlxalq təcrübəyə və ictimai rifaha dair məsuliyyətli yanaşmaya əsaslanır. İctimaiyyətin əksəriyyətinin dəstəyi, bu yolun düzgünlüyünü təsdiqləyir. Hesab edirəm ki, bu qanun layihəsi qısamüddətli iqtisadi çətinlikləri ümumi sağlamlıq və sosial rifahın uzunmüddətli faydaları ilə düzgün formada tarazlaşdıra biləcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:327
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri