Almaniya Rusiyanın “kölgə tankerlərinə” qarşı yoxlamalara başlayır KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Almaniya iyulun 1-dən etibarən Baltik dənizində şərqə doğru hərəkət edən gəmilərə qarşı nəzarəti gücləndirir. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
“2025-ci il iyulun 1-dən Almaniya hakimiyyəti neft sızması zamanı ətraf mühitə dəyəcək zərərə qarşı sığortası olub-olmadığını müəyyən etmək üçün Baltik dənizindən keçən tanker gəmiləri sorğu-sual edəcək”, – deyə nazirliyin press-relizində qeyd olunub.
KONKRET.az xəbər verir ki, bundan əlavə, İsveç də oxşar yoxlamalara start verəcək. Hər iki ölkə bu tədbirləri Rusiya ilə əlaqələndirilən “kölgə donanması”na qarşı mübarizə, dənizdə hərəkətin təhlükəsizliyini təmin etmək və ətraf mühitin qorunması ilə əsaslandırır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 İyul 2025 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















