Icma.az
close
up
RU
Almaniya səfirliyi Azərbaycan vətəndaşının pasportunu itirib: “Deyirlər, get yeni pasport al, sonra gəl”

Almaniya səfirliyi Azərbaycan vətəndaşının pasportunu itirib: “Deyirlər, get yeni pasport al, sonra gəl”

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan vətəndaşları üçün Şengen zonasına viza almaq getdikcə daha da çətinləşir. Konsulluqlara sənədləri təqdim etmək üçün uzun növbələr var. Viza müraciəti üçün qarşıdakı üç ayda görüş imkanı əldə etmək mümkün görünmür. Əksər hallarda əlavə ödəniş olmadan uyğun zamanda növbədə yer almaq cəhdi uğursuzluqla nəticələnir. Bir sözlə, Avropaya getmək üçün viza almaq cəhənnəm əzabına çevrilib.

Bizimyol.info xəbər verir ki, Almaniya Səfirliyində Azərbaycan vətəndaşının pasportunu itiriblər. Pəri Abbaslı gözlənilməz situasiya ilə üzləşib. O, sənədlərini səfirliyə təqdim edəndən xeyli sonra cavab gəlməməsinə görə narahat olub. Əlaqə saxlayanda isə ona pasportunun itdiyini deyiblər. Pəri Abbaslının dediyinə görə, səfirlik üzr istəməyi lazım bilməyib, tələblərə də məhəl qoymayıb.

“Tək təklif bu idi: yeni pasport alıb gəlin, biz həmin vizanızı 24 saat ərzində vuracağıq. Oldu, bəs məsuliyyətdən boyun qaçırmaq belə asandır? Pasportum 16 yanvardan bəri itib, lakin mən bunu yalnız özüm mail yazıb “sənədlərimdən xəbər varmı?” deyə soruşduqdan sonra öyrəndim. Fevarlın 1-də uçuşum olduğu üçün mənə pasport təcili şəkildə lazımdır. “ASAN xidmət”ə əvvəlki passportu təqdim etmədiyim üçün 10 AZN cərimə, 210 AZN isə 1 günə hazır edilməsi üçün pul ödədim. Almaniya Səfirliyi isə bildirir ki, onlar mənə yalnız pasport hazırlanması üçün verilən minimum məbləği ödəyəcəklər. Yəni 50 AZN”.

Pəri Abbaslı baş verən hadisəyə görə böyük stres yaşadığını bildirir. O, səfirliyin məsuliyyətsizliyi üzündən ciddi gərginlik içində olduğunu dilə gətirir: “Mən bütün işimi-gücümü atıb yeni pasport dərdinə düşürəm, üç ildir Avropada yaşadığım zaman əvvəlki pasportumun informasiyaları ilə yazılan hər şey deaktiv olur və bunun qarşılığında üzr yoxdur, anlayış yoxdur, vurulmuş zərərə görə lazımi qədər maddi ödəniş yoxdur. Avropadan Azərbaycana gələni də özümüzə oxşatmışıq, belə başa düşürəm”.

Məsələ sosial mediada geniş müzakirə olunsa da, Almaniyanın Azərbaycandakı səfirliyi buna reaksiya verməyə tələsmir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri