Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 16 sentyabr, AZƏRTAC
Almaniya hökuməti sənayedə süni intellekt həllərini ölkəni bu sahədə aparıcı mövqeyə çıxarmaq üçün mühüm imkan hesab edir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Almaniya Kansleri Fridrix Mertsin sədrliyi ilə Texnologiya və İnnovasiya üzrə Strateji Şuranın Berlində keçirilən üçüncü iclasında müzakirə olunub. Müzakirələrdə Almaniyanın süni intellekt üzrə milli ekosisteminin gücləndirilməsi, eləcə də müdafiə sahəsində innovasiya imkanları nəzərdən keçirilib.
Ekspertlər siyasət, iqtisadiyyat və elm sahələri arasında əməkdaşlığın gücləndirilməsinin, həmçinin Almaniyanın “Hightech Agenda”sının Avropanın innovasiya layihələri ilə əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Süni intellektin yeni nəsil robototexnikanın inkişafında potensialı da müzakirə olunub.
Strateji Şura müdafiə sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsini və innovativ həllərdən daha geniş istifadəni dəstəkləyib. Bildirilib ki, Bundesver üçün satınalma qərarları qoşunların operativ ehtiyaclarına əsaslanmalıdır.
İclasda, həmçinin əqli mülkiyyətin qorunması və onun səmərəli istifadəsinin Almaniyanın iqtisadi və texnoloji mövqeyi üçün əhəmiyyəti qeyd edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 16 Sentyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















