Icma.az
close
up
RU
Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH

Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müasir dünyanın aktual problemlərinin müzakirəsi üçün mühüm platforma kimi diqqət çəkir. Prezident İlham Əliyevin tədbirdəki çıxışı isə ölkəmizin suverenlik, beynəlxalq hüquq, regional sülh və qarşılıqlı əməkdaşlıq məsələlərinə dair prinsipial mövqeyini bir daha nümayiş etdirib.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Forumun keçirildiyi məkan kimi seçilməsi təsadüfi deyil. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin və dinlərin qarşılaşdığı, qarşılıqlı təsir göstərdiyi məkan olub. Bu ənənə müasir dövrdə də davam edir. Azərbaycanda müxtəlif etnik və dini icmaların dinc yanaşı yaşaması, milli və dini müxtəlifliyin dövlət siyasətində qorunması multikulturalizmin cəmiyyətimizin həyat tərzinə çevrildiyini göstərir. Bu modelin əsasını isə ümumi dövlətçilik maraqları, vətəndaş həmrəyliyi və qarşılıqlı hörmət təşkil edir.

“Azərbaycanın müasir tarixində milli birliyin əhəmiyyəti xüsusilə Vətən müharibəsi zamanı aydın göründü. 2020-ci ildə qazanılan tarixi Zəfər xalqın vahid məqsəd ətrafında birləşməsinin və milli iradəsinin təntənəsi idi. Prezident İlham Əliyevin çıxışında “Dəmir yumruq” rəmzinə istinad da bu həmrəyliyin siyasi və mənəvi məzmununu ifadə edir. Azərbaycanın təcrübəsi göstərir ki, cəmiyyətin birliyi və müstəqil qərarvermə iradəsi dövlətçiliyin əsas dayaqlarındandır”, - deyə P.Kərimzadə qeyd edib.

Deputat bildirib ki, dövlət başçısının çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunulması beynəlxalq hüquq məsələsini yenidən gündəmə gətirir.

“2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, eləcə də üç ölkənin liderlərinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması bu istiqamətdə mühüm diplomatik mərhələ oldu. Lakin əldə edilən razılaşmaların davamlı sülhə çevrilməsi tərəflərin öhdəliklərinə əməl etməsindən və münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasından asılıdır. Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn bütün dövlətlərə eyni prinsiplərlə tətbiq olunmasının vacibliyinə diqqət yetirilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Hüquqi normaların siyasi maraqlardan asılı olaraq fərqli tətbiqi beynəlxalq sistemə etimadı zəiflədir və münaqişələrin həllini çətinləşdirir” – deyən millət vəkili əlavə edib ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri milli maraqlara əsaslanan müstəqil kurs və müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıqdır.

Pərvin Kərimzadə diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq platformalarda fəallığı və mühüm tədbirlərə ev sahibliyi etməsi də diplomatik əlaqələrin genişlənməsinə xidmət edir. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün 2027-ci ildə, Avropa Siyasi Birliyinin Zirvə Görüşünün isə 2028-ci ildə Bakıda keçirilməsi ilə bağlı açıqlamalar ölkəmizin müxtəlif regional və siyasi platformalarla əməkdaşlığa verdiyi əhəmiyyəti göstərir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşü platformasına tamhüquqlu üzv qəbul olunması və AQEM-də sədrliyin uzadılması Avrasiya məkanında əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi müxtəlif ölkələri və mədəniyyətləri bir araya gətirməklə qarşılıqlı anlaşma üçün imkanlar yaratmaqdır. Prezident İlham Əliyevin Forumdakı çıxışı isə Azərbaycanın milli maraqlarını, beynəlxalq münasibətlərə dair yanaşmasını və regional sülhə baxışını vahid siyasi çərçivədə təqdim edir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri