Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Lent az saytına istinadən Icma.az xəbər verir.
Almaniyada zəif iqtisadi artım sənayedə məşğulluğa mənfi təsirini davam etdirir. Ötən il emal sənayesində 177 min iş yeri ixtisar olunub.
Lent.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyi məlumat yayıb. Bildirilir ki, ən böyük ixtisarlar avtomobil sənayesi və onun təchizatçı müəssisələrində qeydə alınıb. Bu sahədə 52 min, maşınqayırma sənayesində 28 min, digər metal sənayesi müəssisələrində isə 24 min iş yeri ləğv edilib.
Dekabrın sonuna emal sənayesində sosial sığorta ilə əhatə olunan işçilərin sayı 6,5 milyon nəfər təşkil edib ki, bu da ölkədə sosial sığortalı məşğul əhalinin təxminən beşdəbirinə bərabərdir.
Ötən il iqtisadiyyat üzrə ümumi məşğulluq da 108 min nəfər azalıb və digər sahələrdə yaradılan yeni iş yerləri sənayedəki itkiləri kompensasiya edə bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 16 İyul 2026 05:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















