Rusiyanın bombaladığı Komışuvaxada ölənlərin sayı 53 ə çatdı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ukraynanın Zaporojye vilayətinin Komışuvaxa şəhərində çoxlu sayda insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı axtarış əməliyyatı artıq beşinci gündür ki, davam edir.
Yeniavaz.com xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar Xidməti bu gün səhər xilasedicilərin dağıntılar altından daha səkkiz cəsəd çıxardığını və bununla da ölənlərin sayının 50-yə çatdığını açıqlayıb.
Qısa müddət sonra Zaporojye regional hərbi administrasiyasının rəhbəri Mixail Semikinin “Telegram” kanalında ölənlərin sayının 53-ə çatdığı barədə mesajı dərc edilib.
Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya qüvvələri noyabrın 2-də Komışuvaxaya ən azı 9 idarəolunan bomba ilə zərbə endirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın humanitar yardımın paylandığı məktəb binasını və sonra insanların qaldığı sığınacağı bombaladığını söyləyib.
3-5 noyabr tarixlərində Zaporojye bölgəsində matəm elan edilib.
Rusiya Komişuvaxinin bombalanması və çoxsaylı itkilərlə bağlı heç bir şərh verməyib.
Bu mövzuda digər xəbərlər:Husilərə zərbə: ölənlərin sayı 53 ə çatdı
17 Mart 2025 01:07
Rusiyanın Kiyevə hücumu: ölənlərin sayı 8 ə çatdı YENİLƏNİB
02 İyul 2026 08:28
Dnepropetrovskda ölənlərin sayı 15 ə çatdı
24 İyun 2025 20:05
Livanda ölənlərin sayı 3783 ə çatdı
15 İyun 2026 05:16
Gecə klubunda ölənlərin sayı 44 ə çatdı
09 Aprel 2025 01:19
Baxış sayı:89
Bu xəbər 06 Noyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















