Icma.az
close
up
RU
Almaniya uzun mənzilli silahlar arsenalı yaratmağı planlaşdırır...

Almaniya uzun mənzilli silahlar arsenalı yaratmağı planlaşdırır...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

12 milyard avroya...

...SİA-nın əldə etdiyi məlumata görə, Bild və Politico Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən yazır ki, Almaniya hökuməti Rusiyanı çəkindirmək üçün təxminən 12 milyard avro dəyərində tamamilə yeni uzunmənzilli silahlar arsenalı yaratmağı planlaşdırır.

Söhbət, xüsusən də yüzlərlə və hətta minlərlə kilometr məsafədəki hədəfləri vura bilən silahlardan gedir.

Sənədlərdə qeyd olunur ki, gələcəkdə Bundesver nüvə həddini keçmədən adi silahlardan istifadə etməklə reaksiya vermək qabiliyyətini saxlayaraq “düşmənin arxasında dərinliyə” zərbə endirə bilməlidir. İlk sistemlər 2027-ci ildə, ən müasir silah növləri isə 2030-cu illərin ortalarında mövcud olmalıdır.

Nəşrlər yazır bunu...

Sənədlərə görə, Almaniya artıq iki istehsalçı ilə danışıqlar aparır. Mümkün variantlar kimi Amerika-İsrail startapı Covenant Industries-dən Anthem, Ukrayna BARS və Ukrayna Fire Point şirkətindən Flamingo kruiz raketləri nəzərdən keçirilir.

Kruiz raketlərinin ilk nümunələri artıq bu il sınaq üçün təhvil verilməlidir.

Berlin həmçinin sonrakı seriyalı istehsal üçün çərçivə müqavilələri hazırlayır. Bundan əlavə, Almaniya Federativ Respublikası və Böyük Britaniya Trinity House müqaviləsi çərçivəsində yeni kruiz raketi və hipersəs sürüşmə döyüş başlığı hazırlayırlar.

Yeni sistemlər 2000 km-dən çox məsafədəki hədəfləri vura biləcək. Ən bahalısı hipersəs planer blokudur: onun hazırlanması və alınması üçün təxminən 9 milyard avro, texniki xidmət üçün isə daha 182 milyon avro planlaşdırılır. Yeni kruiz raketinin dəyəri 1,8 milyard avro, texniki xidmət üçün isə təxminən 100 milyon avro qiymətləndirilir.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Avqust 2026 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri