Almaniya və İngiltərədə oynamış ulduz Sabah a gəlir?
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə Premyer Liqası təcrübəsi olan Həmzə Çoudrinin transferindən yüksək maaş tələblərinə görə imtina edən “Sabah” yeni hədəf müəyyənləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi dayaq yarımmüdafiəçisi mövqeyini gücləndirmək üçün Mahmud Daudun keçidini nəzərdən keçirir.
Məlumata görə, “bayquşlar” daha əvvəl İngiltərə və Almaniya çempionatlarında çıxış etmiş 30 yaşlı futbolçu ilə bağlı danışıqları müsbət istiqamətdə aparır.
Karyerası ərzində “Borussiya Dortmund”, “Borussiya Mönhenqladbax” və İngiltərə Premyer Liqasının “Brayton” klubunun formasını geyinən Daud təcrübəsi ilə diqqət çəkir.
Almaniyalı futbolçu son iki mövsümü “Ayntraxt Frankfurt”da keçirib və bu müddətdə 37 rəsmi oyunda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 10 Avqust 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















