Almaniya və Norveçin qadın həndbolçuları dünya çempionatının finalına yüksəliblər
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın həndbolçulardan ibarət Almaniya və Norveç milli komandaları dünya çempionatının yarımfinalına yüksəliblər.
AZƏRTAC xəbər verir ki, Almaniya finalda sonuncu çempion Fransa ilə qarşılaşıb. Oyunda 29:23 hesabı ilə qalib gələn alman həndbolçular 1993-cü ildən sonra ilk dəfə finalda iştirak hüququ qazanıblar. Bu, Almaniya yığmasının Fransa üzərində son 20 ildə rəsmi matçlarda qazandığı ilk qələbədir.
Digər yarımfinal görüşündə isə Niderland və Norveç seçmələri qarşılaşıblar. Görüşdə norveçlilər 35:25 hesabı ilə qalib gələrək finalda Almaniyaya rəqib olublar. Niderland isə üçüncü yer uğrunda oyunda Fransa ilə qarşılaşacaq.
Almaniyanın Niderland ilə birlikdə ev sahibliyi etdiyi çempionatda 32 komanda mübarizə aparıb. Sonuncu çempion Fransa yığması bu il də əsas favoritlərdən hesab olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 13 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















