Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 80 nəfərə qədər insan yaralanıb VİDEO YENİLƏNİB
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polis sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.
APA xəbər verir ki, bu haqda “Welt” qəzeti hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
Maqdeburqda insident baş verən yerdə partlayıcı maddələrin axtarışı aparılır.
Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.
Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.
Hadisə nəticəsində 11 nəfər ölüb, 80 nəfərə qədər insan xəsarət alıb.
***
23:19
Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.
APA xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.
Sürücülərdən birinin saxlanıldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Dekabr 2024 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















