Icma.az
close
up
RU
Almaniyada ilk dəfə jurnalist məhkum edildi

Almaniyada ilk dəfə jurnalist məhkum edildi

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya tarixində ilk dəfə jurnalist "siyasətçilərə böhtan atdığına" görə cinayət cəzası alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Deutschland-Kurier" internet qəzeti məlumat verib.

Məlumata görə, Bamberq dairəvi məhkəməsi "Deutschland-Kurier" qəzetinin baş redaktoru David Bendelsi 7 ay həbs cəzasına məhkum edib. Buna səbəb isə Bendelsin ölkənin daxili işlər naziri Nensi Fezerin əlində "Mən söz azadlığına nifrət edirəm" yazısı olan plakat tutduğu satirik fotomontajı dərc etməsi olub.

Jurnalist bu fotomontajı ötən ilin fevralında nəşrin sosial şəbəkədəki səhifəsində dərc edib.

Məhkəmə hesab edib ki, bu, "siyasi həyatda iştirak edən şəxslərə qarşı böhtandır".

David Bendelsin əvvəllər məhkumluğu olmadığı üçün cəza şərti təyin olunub. Bundan əlavə, jurnalistdən tələb edilib ki, nazirdən yazılı üzr istəsin.

Müstəqil müşahidəçilərin fikrincə, cəza siyasi motivlidir və tənqidi köklənmiş jurnalistləri qorxutmaq, həmçinin siyasətçilər üçün xoşagəlməz bəyanatları qadağan etmək üçün nəzərdə tutulub.

Öz növbəsində, Bendels çıxarılan hökmü qəbul etməyəcəyini və bütün qanuni vasitələrlə özünü müdafiə edəcəyini bildirib. Jurnalist vurğulayıb ki, o və "Deutschland-Kurier" mətbuat və ifadə azadlığı uğrunda ədalətli və zəruri mübarizəni davam etdirəcəklər.

Hökm hələ qanuni qüvvəyə minməyib. David Bendels apellyasiya şikayəti vermək niyyətindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri