Almaniyada nadir bir canlı tapıldı: Nüvə müharibəsinə dözə bilər
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə “Zielona INTERIA” nəşri məlumat yayıb.
Aşkarlanan növ bir çox tardiqradlardan fərqli olaraq suda deyil, meşə mamırları və şibyələr üzərində yaşayır. Tardiqradlar çətin şəraitdə sağ qalmağa imkan verən kriptobioz adlı metabolik vəziyyətə keçə bilirlər. Bu zaman onların həyat fəaliyyəti kəskin şəkildə zəifləyir. Su çatışmazlığı, oksigenin azlığı və ekstremal temperatur belə vəziyyətə səbəb ola bilər.
Nəşrin məlumatına görə, bəzi tardiqrad növləri çox aşağı və yüksək temperaturlara, güclü təzyiqə və radiasiyaya dözümlülükləri ilə tanınır. Onların müəyyən şəraitdə vakuumda da sağ qala bilməsi kosmosda həyatın öyrənilməsi baxımından elmi maraq doğurur.
Bununla belə, tardiqradların bütün növləri eyni dərəcədə davamlı deyil. Onların ekstremal şəraitə dözümlülüyü növdən, ətraf mühitdən və təsirin müddətindən asılıdır. Buna görə də bu canlıların nüvə müharibəsindən və istənilən səviyyədə istidən mütləq sağ çıxacağını söyləmək düzgün olmaz.(Qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 25 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















