Icma.az
close
up
RU
Almaniyada növbədənkənar seçki Mühafizəkar blok birinci oldu

Almaniyada növbədənkənar seçki Mühafizəkar blok birinci oldu

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Almaniyada fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat və Xristian Sosial İttifaqı bloku qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın Federal Seçki Komissiyası öz saytında məlumat yayıb.
Seçkinin nəticələrinə əsasən, qalib blok 28,6% səs toplayıb. “Almaniya üçün Alternativ” partiyası 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq, 20,8% səslə tarixində ilk dəfə ikinci olub. Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Onu seçicilərin 16,4%-i dəstəkləyib. Bu, Sosial Demokratlar üçün partiyanın tarixində ən pis nəticədir. Daha sonra “Yaşıllar” və “Sol” partiyaları gəlir. Onlar müvafiq olaraq 11,6% və 8,8% səs toplayıblar.
Sara Vaqenknextin “Ağıl və Ədalət Naminə” Alyansı və keçmiş maliyyə naziri Kristian Lindnerin Azad Demokrat Partiyası 5%-lik səddini aşa bilməyib və Bundestaqın tərkibinə daxil olmayıb. Onlar müvafiq olaraq 4,9% və 4,3% səs toplayıblar.
Seçici fəallığı isə son 35 ildə rekord həddə çatıb – 83%.
Seçkilərin nəticələrinə görə, yeni parlamentdə Xristian Demokrat və Xristian Sosial İttifaqı bloku 208, “Almaniya üçün Alternativ” Partiyası 151, Almaniya Sosial Demokrat Partiyası 121, “Yaşıllar” Partiyası 85, Sol Partiya 64 yer alacaq.
Bu vəziyyətdə yeni hakim koalisiya yaratmaq üçün ən real variant Xristian Demokrat və Xristian Sosial İttifaqı bloku və Almaniya Sosial Demokrat Partiyasından ibarət böyük koalisiya deyilən ittifaqın yaradılmasıdır.
Digər partiyalar “Almaniya üçün alternativ” Partiyası ilə əməkdaşlıqdan qəti şəkildə imtina edirlər. Mühafizəkarlar üçün Sol Partiya da qəbuledilməz sayılır. Xristian Sosial İttifaqı da  dəfələrlə “Yaşıllar”la əməkdaşlığı rədd edib.
Digər tərəfdən, bazar günü axşam mühafizəkarlardan kanslerliyə namizəd Fridrix Merts Pasxa bayramından əvvəl (20 aprel) hökumət qurmaq niyyətini açıqlayıb.
Seçkilərdən sonra qalib gələn partiya, bu halda Xristian Demokrat və Xristian Sosial İttifaqı bloku ilk növbədə rəqiblərinin yeni hökumətdə iştirak etmək istəyini ölçmək üçün kəşfiyyat xarakterli danışıqlara başlayacaq. Daha sonra koalisiya danışıqları baş tutacaq, o zaman gələcək koalisiya sazişinin əsasını təşkil edəcək proqramlar bənd-bənd müzakirə olunacaq.
Yeni hökumət formalaşana qədər Şoltsun kabinet üzvləri öz vəzifələrini davam etdirəcəklər.
Yeni Bundestaqın təsis yığıncağı seçkilərdən ən geci 30 gün sonra, yəni martın 25-dən gec olmayaraq keçirilməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri