Hörmüzdə nəhəng gəmi minaya düşdü
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən gəmi minaya düşüb.
"Yeni Sabah" xəbər verir ki, dəniz minaları ilə toqquşan tankerdə yanğın baş verib.
İranın Hərbi Dəniz Qüvvələrindən (HDQ) bildirilib ki, insident günün birinci yarısında baş verib və Hörmüz boğazının şərqində qeydə alınıb: "Qadağan olunmuş və təhlükəli zonada hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və zədələnib. pizza mizza
Hörmüz boğazı razılaşdırılmadan təhlükəli zonalardan keçmək niyyətində olan gəmilər üçün bağlıdır".
Xatırladaq ki, gecə saatlarında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib. CENTCOM-un məlumatına görə, Hörmüz boğazı minalardan tamamilə təmizlənib.
Səhər saatlarında isə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda insident barədə məlumat yayıb.
Qeyd edək ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, UKMTO isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Oktyabr 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















