Almaniyada qaçqın sığınacaqlarına qarşı siyasi motivli cinayətlərin sayı artıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 15 may, AZƏRTAC
Almaniyada qaçqınların müvəqqəti yaşadıqları sığınacaqlara qarşı ötən il siyasi motivli 255 cinayət hadisəsi qeydə alınıb. Bu, 2017-ci ildən sonra ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Neue Osnabrücker Zeitung” qəzeti məlumat yayıb.
Bir neçə həftə əvvəl Federal Daxili İşlər Nazirliyi bu cinayətlərin sayının 218 olduğunu açıqlamışdı. 2023-cü ildə bu göstərici xeyli aşağı - 176 olub. 2017-ci ildə isə 284 belə cinayət hadisəsi qeydə alınıb.
Məlumata əsasən, 2025-ci ilin ilk rübündə qaçqın sığınacaqlarının cinayət yeri və ya hücum hədəfi olduğu 30 siyasi motivli cinayət hadisəsi baş verib. Altı halda polis şübhəli şəxsləri müəyyən edə bilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 May 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















